Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 10:14

Buzovnada mənzildə yanğın

Yaşıl ulduz kəşf edildi
21-10-2026, 09:48

Yaşıl ulduz kəşf edildi

İsrailə gizli səfər etdi
20-10-2026, 10:31

İsrailə gizli səfər etdi

31 Oktyabr 2024 06:19Manşet / Dünya

“Hizbullah”​ın yeni liderindən ilk - Açıqlama

 

“Hizbullah”​ın yeni lideri Naim Qasım təşkilatın lideri kimi ilk televiziya müraciətini edib.

“Qafqazinfo” bu barədə “The Jerusalem Post”a istinadən xəbər verir.

N.Qasım çıxışı zamanı qurumun əvvəlki lideri Həsən Nəsrullahın yolunu davam etdirmək niyyətində olduğunu elan edib:

“Mənim gündəliyim bütün aspektlərdə Nəsrullahın gündəmini izləməkdir. Biz müharibə planımızı davam etdirəcəyik. Biz heç kimin adından və ya kiminsə layihəsi üçün mübarizə aparmırıq, Livan üçün mübarizə aparırıq. İran bizim layihəmizi dəstəkləyir”.

Qasım sentyabr və oktyabr aylarında İsrailin zərbələri nəticəsində öldürülən “Hizbullah”ın keçmiş liderləri Həsən Nəsrullah və Haşim Səfiəddin, HƏMAS-ın keçmiş rəhbəri Yəhya Sinvardan danışıb.

Onun sözlərinə görə, “Hizbullah” HƏMAS-a dəstəyini davam etdirəcək.

Hizbullah lideri ABŞ və Avropa da daxil olmaqla, İsraili dəstəkləyən ölkələri tənqid edib.