Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
Premyer Liqada yeni dövr - Amorim “Yunayted”ə gəlir
İngiltərənin “Mançester Yunayted” komandasının yeni baş məşqçisi məlum olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.
Onun sözlərinə görə, “qırmızı-şeytanlar”a hazırda Portuqaliyanın “Sportinq” ( Lissabon) komandasının sükanı arxasında olan Ruben Amorim başçılıq edəcək. Klublar təzminat məbləği ilə bağlı danışıqları davam etdirirlər.
Amorim Avropa nəhənglərinin hədəfində olan mütəxəssisdir. Onun namizədliyi “Barselona” (Xavi gedəndən sonra) və “Liverpul” (Klopp komandanı tərk etməmişdən əvvəl) tərəfindən ciddi şəkildə nəzərdən keçirilib, eləcə də “Çelsi” onun təyinatı ilə bağlı danışıqlar aparıb.
Bundan əlavə, bildirilir ki, “Mançester Siti” gələn il Amorimi Pep Qvardiolanın varisi olaraq düşünürdü.
Qeyd edək ki, 39 yaşlı Amorim 2020-ci ilin martından “Sportinq”də işləyir. O, komandası ilə 2 dəfə Portuqaliya çempionluğunu, 2 dəfə ölkə kuboku və 1 dəfə ölkə Superkubokunu qazanıb.
Xatırladaq ki, “Mançester Yunayted” ötən gün niderlandlı mütəxəssis Erik ten Haqla yollarını ayırıb. Komanda müvəqqəti olaraq Ruud Van Nistelroya tapşırılıb.






















































