Mərhəmət Lələyevdən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ad günü təbriki
Çingiz Mahmudovdan Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə dərin hörmət və ad günü təbriki
Şamil Cəfərovdan Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ad günü təbriki
Jalə Ağakişiqızından Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ad günü təbriki
İş adamı Eldar müəllim: Prezident İlham Əliyev – Müzəffər Ali Baş Komandan, güclü dövlətin memarı
Ədalət Hacıyev: Prezident İlham Əliyev – Dövlətçilik, mədəniyyət və milli həmrəyliyin rəmzi
Amil Bağıyev: Prezident İlham Əliyev – Müstəqil Azərbaycanın gücü, zəfəri və milli həmrəyliyinin təminatçısı
Taleh Məmmədov: Prezident İlham Əliyev – Müstəqil Azərbaycanın Zəfər və həmrəylik yolunun lideri
İş adamı Cəbrayıl Cəbrayılov: Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev – Milli birliyin və qələbənin simvolu
İş adamı Zaur Abdullayev: Prezident İlham Əliyev – Qətiyyət, dövlətçilik və dünya Azərbaycanlılarının birlik rəmzi
Mehman Qəhrəmanov: Prezident İlham Əliyev – Güclü Lider, Güclü Dövlət və Qlobal Azərbaycan Birliyi
Vətənpərvər xanım Lətifə Əhmədova: Prezident İlham Əliyev – Güclü dövlət iradəsinin və milli qürurun təntənəsi
Məleykə Abbaszadə: "Suallar məktəb dərsliklərini əhatə etməsə, bizi məhkəməyə verərdilər"
Ürəyi sağlam edir, qocalmanı ləngidir
Vitamin və mineral mənbəyi olan kökün tərkibində A, K , C , B7, B6, eləcə də E vitamini var.
“Qafqazinfo” xəbər verir ki, yerkökü immunitet üçün vacib qida mənbəyidir.
Ürək sağlamlığı üçün faydalı olan yerkökü pis xolesterinin səviyyəsini azaltmağa və təzyiqi tənzimləməyə kömək edir.
Böyümə və inkişaf çağlarında istehlak edilməsi tövsiyə olunur. Həm də göz sağlamlığını dəstəkləyir. Tərkibində K1 vitamini olan yerkökü qanın laxtalanmasını təmin edərək sümük sağlamlığını yaxşılaşdırır.

Tərkibində antikarsinogen xüsusiyyətlərə malik fitokimyəvi maddələr olan kök immuniteti gücləndirərək xərçəngin yayılmasının qarşısını alır. Beləliklə, riskləri azaldaraq xərçəng növləri ilə mübarizə aparır.
Tərkibindəki karotenoidlər sayəsində yerkökü dəri sağlamlığını yaxşılaşdırır. Bundan başqa, bu tərəvəz aşağı kalorili məhsul olması ilə faydalıdır.
Yerkökü xüsusilə beta-karotinlə zəngindir. Bu maddə orqanizmdə A vitamininə çevrilir. A vitamini ən güclü antiokidantlardan biridir. Bu vitamin qocalma proseslərini ləngidir, insanları bir çox xroniki xəstəliklərinin inkişafından qoruyur. Bu vitamin uşaqların normal inkişafı üçün olduqca vacibdir.

Tərəvəzin tərkibində saç sağlamlığını yaxşılaşdıran antioksidantlar var. Yerkökü istehlak etmək saçlarınızın canlı görünməsində təsirli ola bilər.
Boy və iştahartırıcı təsirlərinə görə yerkökü uşaqların qidalanmasında əhəmiyyətli rol oynayır. Tərkibində 12 faiz şəkər olduğuna görə yerkökü meyvələri şirin dada malikdir, buna baxmayaraq şəkərli diabet zamanı da istifadə edilir.
Kökdə olan luteolin beyin sağlamlığını qorumaq üçün vacibdir. Yerkökü yaddaşınızı güclü saxlayaraq koqnitiv gərginliyin qarşısını alır.

Yerkökü kimi kalorisi az, lifi və suyu yüksək olan tərəvəzlər sizə toxluq hissi verməkdə son dərəcə xeyirlidir. Sizi tox tutaraq pəhrizinizdə rol oynaya bilər.
Hamilə qadınların yerkökü istehlak etməsi də kalsium baxımından əhəmiyyətlidir. Kök həm gələcək ananın, həm də körpənin immuniteti üçün vacib bir qidadır.

Beləliklə kök:
Göz sağlamlığı üçün çox faydalıdır.
Lifli bir quruluşa malikdir və qan şəkərinin sürətlə yüksəlməsinin qarşısını alır.
Qəbizliyin qarşısını almağa kömək edir.
Bağırsaq sağlamlığı üçün çox faydalıdır.
Dərini qoruyur və parlaqlıq verir.
Saç sağlamlığını qoruyur.
Xərçəngin yayılmasının qarşısını alır.
Arıqlamağa kömək edir.























































