Mərhəmət Lələyevdən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ad günü təbriki
Çingiz Mahmudovdan Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə dərin hörmət və ad günü təbriki
Şamil Cəfərovdan Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ad günü təbriki
Jalə Ağakişiqızından Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ad günü təbriki
İş adamı Eldar müəllim: Prezident İlham Əliyev – Müzəffər Ali Baş Komandan, güclü dövlətin memarı
Ədalət Hacıyev: Prezident İlham Əliyev – Dövlətçilik, mədəniyyət və milli həmrəyliyin rəmzi
Amil Bağıyev: Prezident İlham Əliyev – Müstəqil Azərbaycanın gücü, zəfəri və milli həmrəyliyinin təminatçısı
Taleh Məmmədov: Prezident İlham Əliyev – Müstəqil Azərbaycanın Zəfər və həmrəylik yolunun lideri
İş adamı Cəbrayıl Cəbrayılov: Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev – Milli birliyin və qələbənin simvolu
İş adamı Zaur Abdullayev: Prezident İlham Əliyev – Qətiyyət, dövlətçilik və dünya Azərbaycanlılarının birlik rəmzi
Mehman Qəhrəmanov: Prezident İlham Əliyev – Güclü Lider, Güclü Dövlət və Qlobal Azərbaycan Birliyi
Vətənpərvər xanım Lətifə Əhmədova: Prezident İlham Əliyev – Güclü dövlət iradəsinin və milli qürurun təntənəsi
Məleykə Abbaszadə: "Suallar məktəb dərsliklərini əhatə etməsə, bizi məhkəməyə verərdilər"
Üzümün sağlamlığa çox faydası var
Üzümün faydaları orqanizmin sağlamlığı və immuniteti üçün çox vacibdir.
“Qafqazinfo” xəbər verir ki, üzümün antioksidan xüsusiyyətləri E vitaminindən 50 dəfə, C vitaminindən isə 30 dəfə çoxdur. Üzümün beyin sağlamlığından həzm sisteminə, dəri sağlamlığından xərçəngə qədər bir çox faydaları var.
Üzümdə B6, C, K vitaminləri, kalium, kalsium, mis və manqan kimi vacib minerallar var. Bədəninizin ehtiyac duyduğu bəzi qida dəyərlərini gündəlik istehlakla qarşılaya bilərsiniz. Üzümün tərkibində olan flavonoidlər, resveratrol və fenolik turşular ürək xəstəlikləri riskini azaltmağa, xolesterolu salmağa və qan axınını tənzimləməyə kömək edir.

Üzüm zərərli hüceyrələrlə mübarizədə qan dövranına və immunitet sisteminə dəstəkləyici təsir göstərir. Üzümdə olan antosiyaninlər xəstəliklərə qarşı müqavimətinizi artıra bilər.
Kalsiumun udulmasını asanlaşdırmağa kömək edən üzüm birbaşa olmasa da, sümük sağlamlığını dəstəkləyir
Üzümün tərkibində olan resveratrol dəri üçün faydalı bir birləşmədir. Bu birləşmə dərinin vaxtından əvvəl qırışmasının qarşısını alır.

Üzümdəki komponentlər həm mənəvi, həm də zehni sağlamlığınızı qorumağa, diqqəti cəmləmə bacarıqlarınızı artırmağa kömək edə bilər.
Xroniki qəbizlikdən əziyyət çəkənlər üçün faydalı meyvələr arasında yer alan üzüm bağırsaqların nizamlı işləməsini dəstəkləyir.
Tərkibində çox miqdarda olan dəmir və qlükoza qan yaranmasını sürətləndirir, qanazlığını aradan götürür. Üzüm qaraciyər, böyrək və sinir sistemi xəstəliklərində də əvəzolunmazdır.
Orqanizmdə oksidləşdirici stres qocalmanın və bir sıra patoloji proseslərin inkişafının səbəbidir. Oksidləşdirici stresin və sərbəst radikallar adlanan molekulların təsirlərini azaltmaq üçün antioksidantlara ehtiyacımız var. Üzüm onların yüksək səviyyəsini təmin edir
.jpg)
Bundan başqa üzüm:
1. Güclü antioksidantdır.
2. Migrenə yaxşı təsir göstərir.
3. Kolon və döş xərçəngindən qoruyur.
4. Göz sağlamlığını və görmə qabiliyyətini qorumağa kömək edir.
5. Astma xəstəliyinə qarşı faydalıdır.
6. Tərkibində sağlam saçlar üçün lazım olan vitamin və minerallar var.

Üzüm şəkər xəstələri üçün riskli meyvədir. Ancaq diabet xəstələri də diqqətli olduqları müddətcə üzüm istehlak edə və üzümün faydalarından yararlana bilərlər.























































