Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

COP-29
19-11-2024, 08:04

COP-29

13 Ekm 14:58Manşet / Gündəm

Ramazan Bağırovun Prezidentə müraciəti: “DÖVLƏTƏ QARŞI XAİNCƏSİNƏ TƏXRİBAT EDƏNLƏR ÖZ CƏZASINI ALMALIDIRLAR!”

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

"Yeni Azərbaycan naminə" qəzetinin və "YeniAN.az" saytının
baş redaktoru Bağırov Ramazan Ruhulla oğlu tərəfindən



M Ü R A C İ Ə T




Hörmətli Prezident!

Yazıb Sizə bildirirəm ki, Media İnkişaf Agentliyi mənə qarşı qərəzli mövqe nümayiş etdirərək, çalışdığım "Yeni Azərbaycan naminə" qəzetinin və "YeniAN.az" saytının fəaliyyətinə xitam verilməsi üçün 03.10.2023-cü il tarixdə Sumqayıt Apellyasiya məhkəməsinə müraciət edib.
İddia tələbinin məqsədi Media İnkişaf Agentliyinin yarandığı vaxtdan mənim Agentliyə müraciət etməməyin ilə bağlıdır. Lakin qeyd edim ki, Agentliyin mənə qarşı atdığı qərəzli mövqenin bir çox səbəbləri vardır və sözügedən məsələ ilə bağlı onlara dəfələrlə müraciət etmişəm.
Onu da bildirim ki, COVİD-19 (karonavirusun) yayıldığı bir zamanda məcburi olaraq 17.09.2021-ci il tarixdə "Pfizer" vaksini vurulması nəticəsində məndə sümük vərəmi, yüksək təzyiq və diabet xəstəliyi yaranmışdır.
Sonradan mən ağır yataq xəstəsi oldum. Həkimlər, mənə sümük vərəminin çox ciddi və ağır xəstəlik olduğunu bildirdilər. Və qeyd etdilər ki, müalicə müddəti 3-5 ildir, müalicə yataq rejimində olmalıdır.Əks halda, ömürlük iflic olma ehtimalı yüksəkdir.
Onu da qeyd edim ki, "Pfizer" vaksini vurulması nəticəsində yaranmış sümük vərəmi xəstəliyi sümüklərimin qırılmasına, şiddətli ağrılarımın olması yüksək təzyiq və diabetin artması gözlərimin korlaşmasına və komaya gətirib çıxarmışdır.
Media haqqında qanunun yaradılmasından xəbər tutduqdan sonra 2023-cü ilin fevral - mart aylarında Media İnkişaf Agentliyinə ev telefonu vasitəsilə zəng edərək, ağır yataq xəstəsi olduğumu bildirdim və "YeniAN.az "saytını Media reyestrinə daxil etmələrini xahiş etdim. Cavab olaraq, onlar mənə köməklik edəcəklərini bildirdilər. Lakin, məsələ ilə bağlı heç bir köməklik edilmədi. Və bir neçə aydan sonra səhhətim normallaşdığı üçün Media İnkişaf Agentliyinə 27.10.2023-cü il tarixdə rəsmi müraciət etsəm də, mənə müddətin ötürüldüyünü bildirdilər. Və rəsmi cavab da verdilər.
Hüquqlarımın kobud sürətdə pozulduğunu gördükdə isə mən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsini rəhbər tutaraq, Bakı İnzibati Məhkəməsinə 14.12.2023-cü il tarixdə müraciət etdim.
Bakı şəhər, İnzibati Məhkəməsi işə baxaraq, aidiyyatı üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərdi. 25.04.2023-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsində iş üzrə hazırlıq iclası keçirildi. Və mənə bildirdilər ki, "yenidən müraciət et məsələ öz əksini tapacaq".
Sözügedən məsələ ilə əlaqədar Media İnkişaf Agentliyində Cahangir Həsənli ilə görüşdüm. O, mənə bildirdi ki, - "siz asan imza əldə edin və yenidən mənə müraciət edin". Və mən asan imza əldə etdikdən sonra yenidən Cahangir müəllimə zəng etdim, O, işlərinin çox olduğu əsas gətirərək, boş vaxtında kömək edəcəyini mənə bildirdi.
Rusiya Federasiyasında olarkən xəbər tutdum ki, Media İnkişaf Agentliyi məni cavabdeh qismində məhkəməyə verib. Mən hesab edirəm ki, Media İnkişaf Agentliyinin mənə qarşı qərəzli iddia irəli sürməsi iqtidarı təmsil edən media nümayəndələrinə və Siz Dövlət Başçımıza bir təxribat və xayinlikdir. Çünki, mən daim çalışdığım onlayn media subyekti ilə dövlətimizin apardığı məqsədyönlü siyasəti və iqtidarı təmsil və təbliğ edirəm.
Media İnkişaf Agentliyi bizə qarşı qərəzli mövqe nümayiş etdirir. Belə hallar qanuna ziddir və qanun pozuntusudur. Əlavə olaraq bildirim ki, Media İnkişaf Agentliyinin mənə qarşı qanuna zidd hərəkəti, mənim konstitusion hüquqlarımın pozulmasıdır.
Eyni zamanda, BMT-nin qəbul etdiyi Ümumdünya insan hüquqları bəyannaməsinə qarşı çıxmaqdır. Media haqqında qanunun 5.1-ci maddəsinə ziddir.
Hörmətli Prezident!
Sizdən xahiş edirəm ki, Media İnkişaf Agentliyinin çalışdığım iqtidar media orqanlarından olan " Yeni Azərbaycan naminə" qəzetinə və "YeniAN.az" saytına qarşı hücumlar dayandırılsın. Sizə və dövlətçiliyimizə qarşı mövqe tutan xainlər araşdırılaraq cəzalandırılsın. Və Sumqayıt Apellyasiya məhkəməsi işə obyektiv baxaraq, düzgün qətnamə qəbul etsin.


İmza: Ramazan Bağırov
YeniAn.az