ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olundu
Rubio ABŞ-ın Azərbaycanla əməkdaşlığı möhkəmləndirməkdə maraqlı olduğunu bəyan edib
“Zeferyolu.az” informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızından müqəddəs Qurban Bayramı təbriki
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradovadan müqəddəs “Qurban” bayramı təbriki
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanovadan müqəddəs “Qurban” bayramı təbriki
Kənanın atası onun dənizdə batmağına inanmır - “Bilmirəm, kimə qoşulub...”
Üç ay əvvəl dənizdə batdığı deyilən və axtarışları aparılan gəncin ailəsi onun ölmədiyini, itkin düşdüyünü iddia edir.
“Qafqazinfo”ya müraciət edən 27 yaşlı Kənan Qurbanovun atası Vaqif Qurbanov düşünür ki, oğlu bunu planlı şəkildə edib.
Onun sözlərinə görə, avqustun 19-da ailəlikcə dəniz kənarında istirahətdə olublar: “Dedik-güldük, əyləndik. Elə gözümüzün qabağında da yoxa çıxdı. Hara getdi, niyə getdi bilmədik. Axtardıq, tapa bilmədik. FHN-in nümayəndələri onun axtarışları ilə məşğul oldular. Bütün gecəni yatmadım, oturdum dənizin kənarında. Amma onlar da dedilər ki, Kənan batsaydı, nəşi üzə çıxardı. Elə mən özüm də bu fikirdəyəm. Çünki oğlum itəndən sonra evdə bir dəst paltarının olmadığını gördük. Bundan başqa o, bankdan da 3500 manat kredit pul götürübmüş. Kənan yoxa çıxdıqdan sonra avtomobildən banka aid olan sənədlər tapdım. Pulu niyə götürüb, bilmirik. Özünün də belə şeylərdən xoşu gəlmirdi. Özü də sadə telefon işlədərdi. İnstaqrama belə ya mənim, ya da anasının telefonu ilə girirdi. Zəhmətkeş uşaq idi, elə olurdu ki, bir gün evə gəlirdi, bir gün gəlmirdi. Kənan İçərişəhərdə skripkada ifa edirdi. Onu kimlərsə yoldan çıxarıb, bilmirəm kimə qoşulub...”
Vaqif Qurbanov məsələ ilə bağlı polisə də müraciət edib: “Bütün sənədləri, xarici pasportu da evdədir. Ölkədən çıxıbmı, onu da bilmirəm. Bütün dostları, tanışları ilə də danışmışam. Heç kim bilmir ki, Kənan hardadır. Heç olmasa, bircə dəfə zəng etsə, desə ki, “yaxşıyam” bizə bəs edər. Təki onun sağ olduğunu bilək. Hələ də dənizin kənarına gedib-gəlirəm. Bəlkə qayıdar deyə”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik. DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirdi ki, itkin düşmə ilə bağlı axtarış elan edilən şəxsin tapılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
İddialarla əlaqədar Fövqəladə Hallar Nazirliyinə də sorğu ünvanladıq. Qurumdan məsələ haqda belə cavab verildi: “Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 19 avqust 2024-cü il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 1997-ci il təvəllüdlü Qurbanov Kənan Vaqif oğlunun dənizdə batması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Dənizdə batdığı ehtimal olunan vətəndaşın axtarışları 31 avqust 2024-cü il tarixinədək intensiv şəkildə aparılıb. Ailə üzvlərinin müraciəti əsasında dənizdə axtarışlar dayandırılıb.
Axtarış-xilasetmə əməliyyatları zamanı Qurbanov Kənan Vaqif oğluna məxsus heç bir əşya tapılmayıb”.
Lamiyə Məmmədova



























































