Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
İngiltərədən gözlənilməz məğlubiyyət - Millətlər Liqası
Bu gün UEFA Millətlər Liqasında III turun oyunları start götürüb.
“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə A, B, C və D liqalarında ümumilikdə 10 matç baş tutub.
B Liqasının 2-ci qrupunda İngiltərə Yunanıstanı qəbul edib və gözlənilmədən rəqibinə uduzub - 1:2.
İtaliya və Belçika millilərinin matçında isə qalib müəyyənləşməyib. Romanın “Olimpiko” stadionunda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.
UEFA Millətlər Liqası
III tur
A Liqası
II qrup
İsrail – Fransa 1:4
İtaliya – Belçika 2:2
B Liqası
II qrup
İngiltərə – Yunanıstan 1:2
Finlandiya – İrlandiya 1:2
III qrup
Avstriya – Qazaxıstan 4:0
Norveç – Sloveniya 3:0
C Liqası
IV qrup
Latviya – Şimali Makedoniya 0:3
Farer adaları – Ermənistan 2:2
D Liqası
I qrup
Cəbəllütariq – San Marino 1:0
II qrup
Moldova – Andorra 2:0
Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də Tallində Estoniya yığması, oktyabrın 14-də isə Bakıda Slovakiya seçməsi ilə qarşılaşacaq.























































