Çilidə Qələbə Yolu: Xocalı İdman Klubunun Peşəkar İdmançısı Elnur Mustafayev 67 kq-da Azərbaycanı Təmsil Edir
Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Dekabr ayının reytinq cədvəli açıqlanıb
Müasir idarəçilik və peşəkarlığın nümunəsi – “Bakılift-2”nin rəhbəri Üzeyir Aslanov
Müasir idarəçilik və peşəkarlığın nümunəsi – “Bakılift-2”nin rəhbəri Üzeyir Aslanov
Yasamalın abadlığında fədakar rəhbər – Vüsal Hüseynovun məşəqqətli və uğurlu fəaliyyəti
Gələcəyin Sağlam Təməli – Uşaq bağçasının müdiri Əsmayə xanımın fədakar fəaliyyəti
Hacıbala Abutalıbov: Dövlətçiliyə Sədaqət, İdarəçilik Məktəbi və Xalqına Xidmət Nümunəsi
Bakı şəhəri 40-cı Polis Şöbəsinin sahə müvəkkili, polis Rəcəb Hüseynov: Xalqın asayişi və təhlükəsizliyi naminə fədakar xidmət nümunəsi
İş adamı Cəbrayıl Cəbrayılovdan Yeni 2026-cı il və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə səmimi təbrik
Millət Vəkili Razi Nurullayevdən Yeni 2026-cı İl və Həmrəylik Günü Münasibətilə səmimi təbrik
Nisə Rafiq qızı İbrahimovanın ad günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik
Millət Vəkili Məlahət İbrahimqızı 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2026-cı ilin gəlişi münasibəti ilə təbrik etdi
Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi öz işində uğurlara davam edir
Ümumiyyətlə, son zamanlar baş verənlər göstərir ki, DİN-də cinayətkarlıqla mübarizənin texniki proqram təminatı, "təhlükəsiz şəhər" infrastrukturu xeyli inkişaf edib. Azərbaycanda kibercinayətkarlıqla bağlı əsas səlahiyyətlər DİN-də olub. lGüman ki, son dövrlər regionda, dünyada və ölkəmizdə baş verən kibertəhdidlər və kibercinayətlər, bu istiqamətdə müasir çağırışlar, rəqəmsal bankçılıq və qarşıdan gələn 5G təhdidləri, yəni, əşyaların internetə inteqrasiyası fonunda baş verə biləcək cinayətlərin artma ehtimalı hökuməti də narahat edib. DİN kibercinayətlərlə bağlı səlahiyyət bölgüsünü müəyyənləşdirməyə qərar verilib".
İqtisadi inkişaf dinamikasına görə dünyada qabaqcıl dövlətlərdən olan Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər yalnız iqtisadi-sosial mahiyyət kəsb etmir. Əslində, bu istiqamətdəki uğurlar məhz sabitliyin, asayişin davamlı möhkəmləndirilməsi və kriminogen durumun nəzarətə götürülməsi prosesinin məntiqi nəticəsidir. Ümummilli Liderimiz Heydər Əliyev də daim bəyan edirdi ki, əhalinin artan sosial rifahı böyük çətinliklə qazanılan sabitliyin bəhrəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin fikrincə isə, ölkəmizin iqtisadi potensialının artmasının əsas şərti olan sabitlik və ictimai təhlükəsizlik əgər bu gün mövcud olmasaydı, onda mövcud milli tərəqqidən söhbət gedə bilməzdi.
Şübhəsiz ki, bu nailiyyətlərin qazanılmasında daxili işlər orqanlarının müstəsna xidmətləri olub. Azərbaycan polisi Ulu Öndər Heydər Əliyevin ölkəni xaosdan, tənəzzüldən xilas edib qurtuluşa aparan siyasi xəttinin əsas istinadlarından idi, son 21 ildə isə Prezident İlham Əliyevin sabit, asayişi təmin olunan, demokratik, qüdrətli dövlət quruculuğu prosesində vacib dayaqlarından və fəal icraçılarındandır. Azərbaycan sabitlik və kriminogen duruma nəzarət sahəsində, həmçinin əhalinin say nisbəti üzrə cinayətin azlığına görə dünyada öncül mövqelərdədir.
Bəşəriyyət hətta aysberqləri də yerindən oynatmaq gücünə sahib fırtınanın müşayətilə dənizdə üzən gəmi kimi hər an şişuclu sal qayalara çırpılmaq təhlükəsi ilə üz-üzədir. Dünyanın dördbir guşəsində baş verən təbii fəlakətlər, dağıdıcı müharibələr, beynəlxalq terrorizmin çox şeyi dəyişə biləcək güc halına gəlməsi, narkomafiyanın öz sərhədlərini genişləndirməsi, kiber cinayətkarlığın bir çox dövlət əhəmiyyətli məsələlərə belə müdaxilə edə bilməsi, az qala hər gün Üçüncü Dünya müharibəsi ehtimalı anonsunun səsləndirilməsi bəşəriyyəti getdikcə daha çox təhdid edir. Bu gün dünyanın ən inkişaf etmiş, güclü dövlətləri belə özünü bu bəlalardan sığortalanmış hesab edə bilməz. Bu gərginlik içində yaşana biləcək mümkün kataklizimləri öz sərhədlərindən uzaqda saxlamaq üçün yalnız xalqın və dövlətin maraqlarına hesablanmış strategiya müəyyənləşdirən, siyasi, iqtisadi, hərbi, sosial sahələrdə inkişafı təmin edən, çoxqütblü dünya ilə balanslaşdırılmış siyasət yürüdən dövlətlərin sayı elə də çox deyil. Azərbaycan məhz belə ölkələrdəndir. Çünki bu ölkənin sükanı arxasında yenilməz iradə və qətiyyətlə dayanan, nəyi nə vaxt, necə edəcəyini zərgər dəqiqliyi ilə bilən Prezidenti, məğlubiyyətdən qalibiyyətə gedən yolun bayraqdarı olan müzəffər Ali Baş Komandanı var. Bir zamanlar təsəvvürümüzdə belə canlandıra bilmədiyimiz beynəlxalq əhəmiyyətli layihələrin Azərbaycanın iştirakı ilə icrasını təmin edən də, möhtəşəm Qayıdış strategiyasının müəllifi də məhz Odur. Əgər ölkə daxilində dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində on illərlə davam edən möhkəm və dayanıqlı ictimai-siyasi sabitlik olmasaydı, Azərbaycan COP29 kimi dünya səviyyəli mötəbər tədbirin keçirilməsinə ev sahibliyi etmək imkanı verən mandatı qazana bilməzdi. Bu taleyüklü məsələdə polisin fəaliyyəti müstəsnadır və mübahisə mövzusu ola bilməz.
Hazırda cəmiyyətin kibertəhlükəsizlik sahəsində maarifləndirmə səviyyəsinin artırılması, habelə ümummilli hazırlığın yüksəldilməsi ilə bağlı beynəlxalq təcrübəyə əsaslanan yeni platformaların yaradılması istiqamətində işlər aparılır.Kibercinayətkarlığın qarşısının alınması üçün görülən işlər maksimal dərəcədə aparılır. Bunun üçün DİN bütün əməkdaşlarına öz adımdan təşəkkür edirəm.
ZALOV İMZA TV ALYANS’IN TƏSİSÇİSİ
BEYNƏXLAQ HÜQUQ EKSPERTİ
İSMAYIL ZALOV























































