Cavid Abdullayev: İlin sonunadək bir neçə bərpaolunan enerji stansiyası istismara veriləcək - AÇIQLAMA VİDEO
Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı selim-muslumovun-bu-evi-yari-qiymete-satisa-cixarildi
Bin Ladenin oğlu Fransadan qovuldu
Fransa hakimiyyəti “Əl-Qaidə” beynəlxalq terror təşkilatının keçmiş lideri Üsamə Bin Ladenin oğlu Ömərin ölkəyə girişini rəsmən qadağan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Bruno Retayo “X” sosial şəbəkəsində məlumat verib.
Nazir qeyd edib ki, Ömər Bin Laden indiyədək bir neçə il Fransanın şimalındakı Orn departamentində yaşayıb, Britaniya vətəndaşının əri olub. Lakin ötən il sosial şəbəkə hesablarında terrorizmi təbliğ edən şərhlər yazdıqdan sonra Fransa hakimiyyəti ona ölkəni tərk etmək əmri verilməsini tələb edib. Məhkəmə bu tələbin qanuniliyini təsdiq etdikdən sonra hakimiyyət onun Fransanı tərk etməsini təmin edib.
Retayo bildirib ki, Fransaya girişə inzibati qadağa bin Ladenin hər hansı səbəbdən ölkəyə qayıda bilməyəcəyini təmin edir.
Qeyd edək ki, Üsamə Bin Laden 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda əkiz qüllələrin partladılması da daxil olmaqla, bir çox böyük terror aktlarına görə məsuliyyəti öz üzərinə götürmüş beynəlxalq terror təşkilatı “Əl-Qaidə”nin qurucusu və keçmiş lideridir. O, 2011-ci il mayın 2-də Pakistanın Abbottabad şəhərində ABŞ Silahlı Qüvvələri tərəfindən 40 dəqiqə davam edən atışmadan sonra öldürülüb.

























































