Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
Trampın səhhətində problem var?
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp səhhəti ilə gündəmə gəlib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.
Bildirilib ki, onun kampaniyası bununla bağlı suallara cavab vermək istəmir və siyasətçinin səhhəti bir sıra tibb mütəxəssisləri arasında suallar yaradıb.
Qəzetin yazdığına görə, Tramp qalib gələrsə, narahatlığa əsas verən bir sıra potensial səbəblərlə vəzifəyə başlayacaq. Nəşr ürəklə bağlı risklərə, iyul sui-qəsd cəhdinin mümkün nəticələrinə və yaşla təbii olan əqli qabiliyyətlərin azalmasına diqqət çəkib.
Qəzetə müsahibə verən tibb mütəxəssisləri Trampın piylənməyə yaxın olduğunu düşünürlər.
Məlumata görə, əvvəlki araşdırmalarda siyasətçinin qanında xolesterin səviyyəsinin yüksəldiyi aşkarlanıb.
Qeyd edək ki, siyasətçi prezident seçiləcəyi təqdirdə səhhətində problem yaranarsa, dövlət başçısı vəzifəsindən istefa verməyə hazır olduğunu bildirmişdi.























































