Bədən və ruh estetikasının peşəkar wnvanı – Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov
Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Dövlətə sədaqət, xalqa xidmət nümunəsi – Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
Magistral yollarda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət: Mübariz Paşayevin rəhbərliyi ilə etibarlı inkişaf xətti
Yol infrastrukturunda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət nümunəsi: Fazil Musayevin rəhbərliyi ilə Bakı yollarında keyfiyyətli xidmət
UltraMed Tibb Mərkəzinin baş direktoru Ağahəsən Rüstəmov – peşəkarlıq, humanizm və məsuliyyətin vəhdəti
Tərtərin tərəqqi salnaməsi: Dövlətə sədaqət, xalqa xidmət yolunda - Müstəqim Məmmədov
Dövlətə sədaqətin, vətənə xidmətin parlaq nümunəsi – Vətənpərvər iş adamı Rüfət Yusifov
Mədəniyyət Nazirliyindən sənətçilərin ittihamlarına - Cavab
Bir neçə gündür müxtəlif sənət adamları Mədəniyyət Nazirliyinə qarşı ittihamlar səsləndirir, əhəmiyyətli tədbirlərə dəvət almamaqlarının səbəbini qurumun müəyyən şəxslərində görürlər.
“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdəki paylaşımlarda səsləndirilən əsas iddialardan biri də müğənnilərin sözügedən tədbirlərə rüşvət qarşılığında dəvət olunmasıdır. İddiaya görə, nazirliyin dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri Mənzər Nurəliyeva sənətçilərin xarici səfərlər və dövlət tədbirlərinə dəvət alması üçün təmanna güdür.
Bu ittihamları səsləndirənlər arasında şair Vüqar Əhməd, onun qızı, müğənni Almaxanım Əhmədova, kamança ifaçısı Şəhriyar Musayev və xanəndə Pərviz Qasımov yer alır. Ötən gün isə müğənni Nura Suri də onları dəstəkləyib.
Belə ki, sosial şəbəkə hesabında paylaşım edən müğənninin sözlərinə görə, bu məsələdən əslində hamı şikayətçidir: “Lakin qorxurlar cəmiyyətə açıqlama verməkdən. Sənət əhli niyə kimdənsə qorxmalıdır, rüşvət verməlidir axı? Bunlarla yanaşı, dövlət tədbirlərinə düşmək üçün rüşvət verənlərin də sayı-hesabı yoxdur. Niyə şikayətinizi dilə gətirməkdən qorxursunuz?!”
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən müraciətimizə cavab olaraq bildirildi ki, qeyd olunan iddialar həqiqətə uyğun deyil: “Diqqətinizə çatdırırıq ki, bu tipli tədbirlərin təşkili xüsusi proqram əsasında hazırlanır. Mədəniyyət Nazirliyi tərəfindən dövlət tədbirləri üçün bədii proqramların təşkili müvafiq mütəxəssislərin də iştirakı ilə kollegial qaydada həyata keçirilir. Dövlət tədbirləri zamanı konsertlər üçün repertuarın təsdiq olunması, həmçinin iştirak edəcək incəsənət ustalarının seçimi xüsusi diqqətlə aparılır. Bu məsələyə həssas yanaşmanın nəticəsidir ki, ölkəmizdə və xaricdə təqdim olunan sərgilər, konsert və tamaşalar böyük maraqla qarşılanır. Təsadüfi deyil ki, həm Azərbaycan, həm də xarici ölkələrin media qurumlarında, eyni zamanda sosial şəbəkələrdə mədəniyyətimizin yüksək səviyyədə təqdimatı razılıq doğurur, təqdir edilir. Bir daha qeyd edirik ki, bu prosesdə heç bir qanunsuz müdaxilədən söhbət gedə bilməz”.
Lamiyə Məmmədova























































