Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
Durov bu ölkələrin diplomatik yardımını qəbul etmədi
Teleqramın həmtəsisçisi Pavel Durov Rusiya və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) təklif etdiyi diplomatik yardımdan imtina edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı fransalı məmura istinadən “Politico” qəzeti yayıb.
“Durov Rusiya tərəfindən konsul mühafizəsindən və BƏƏ konsulluğunun nümayəndəsinin səfərindən imtina edib. Bununla belə, o, BƏƏ Səfirliyinin vəziyyətlə bağlı məlumatlandırmağa razılaşıb”, - deyə mənbə qeyd edib.
Xatırladaq ki, P.Durov avqustun 24-də Parisdə hava limanında saxlanmışdı. Avqustun 28-də isə o, məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Paris Prokurorluğu Durovu 6 qanun pozuntusunda, o cümlədən qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə edilməsində ittiham edir.
Onu da qeyd edək ki, 39 yaşlı sahibkarın Fransa, Rusiya və BƏƏ vətəndaşlığı var.























































