Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
“AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək - Fotolar
TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
Sabiq məmurun oğlu azadlığa buraxıldı
Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin sabiq müdiri Bəhram Abbasovun oğlu, “Konstra” MTK-nın təsisçisi və sədri Bəsrət Abbaslı azadlığa buraxılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi B.Abbaslı barəsindəki hökmü dəyişib. O, dünən məhkəmə zalından azadlığa buraxılıb.
Həmçinin B.Abbaslı və atasına məxsus əmlaklar üzərinə qoyulmuş həbs qərarı da götürülüb. Sözügedən əmlakların bir neçə milyon manat dəyərinin olduğu bildirilir.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən ilin dekabrında çıxardığı hökmə əsasən, MTK-nın direktoru Dilafir Rəsulov və əməkdaşı Tahir Əliyev də təqsirli bilinib. D.Rəsulov və T.Əliyev Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda zərər vurmaqla) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), B.Abbaslı isə yalnız 303.2-ci maddəsi (müsadirə edilməli olan əmlakı gizlətmə və ya mənimsəmə, habelə əmlakın müsadirə olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icra olunmasından başqa cür yayınma) ilə ittiham edilirdi. Onlar zərərçəkmiş şəxslərdən pul alsa da, ev verməyib, pulu öz maraqları üçün xərcləyiblər.
Əvvəlki hökmə əsasən, D.Rəsulov 13 il 6 ay, T.Əliyev 13 il, B.Abbaslı 1 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdi. İstintaq dövründə zamində olan B.Abbaslı məhkəmə zalında həbs olunmuşdu.
Qeyd edək ki, “Konstra MMC” şirkəti ilə əlaqədar uzun müddətdir narazılıqlar var. Məsələ ilə bağlı açıqlama verən Bəsrət Abbaslı bildirmişdi ki, atası Bəhram Abbasovun qanuni olaraq şirkətə aidiyyəti yoxdur. Onun sözlərinə görə, sadəcə cavan olduğu üçün əksər görüşlərə atasını da aparıb.























































