Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Putin ilk dəfə danışdı: "Biz niyə Bakıda görüşməliyik?
Rusiya prezidenti Vladimir Putin avqustda Bakıya səfəri zamanı "Telegram"ın yaradıcısı Pavel Durovla görüşmədiyini bildirib.
Qaynarinfo xəbər verir ki, Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda çıxışı zamanı Putin ilk dəfə olaraq Bakıdan Parisə uçan zaman Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan milyarder ətrafında yaranmış vəziyyəti şərh edib.
Mətbuatda Azərbaycan paytaxtında Putinlə iş adamı arasında görüş ola biləcəyi ilə bağlı müxtəlif şayiələr yayılıb. Rusiya prezidenti isə bildirib ki, sonuncu dəfə onlar bir neçə il əvvəl Kremldə görüşüblər, burada "Telegram"ın yaradıcısı öz layihələri və planları haqqında danışıb.
"Mən doğrudan da başa düşmürəm ki, biz niyə Bakıda görüşməliyik? Onun orada olduğunu da bilmirdim, bu barədə heç bir fikrim yoxdur. Əgər istək varsa, burada çoxlu biznes nümayəndələri var, hamı bilir, mən heç vaxt imtina etmirəm, istər sahibkarlarımızın birlikləri çərçivəsində, istərsə də ayrı-ayrılıqda müəyyən layihələri nəzərdən keçirərək, belə görüşləri mütəmadi olaraq keçiririk... Ona görə də onun arzusu olsaydı, mənimlə Moskvada görüşə bilərdi", deyə Putin əlavə edib.
Rusiya prezidentinin sözlərinə görə, platformanın bəzi şəxslər və strukturlar tərəfindən müəyyən şəkildə istifadə edilməsi, onların fəaliyyəti ilə bu və ya digər dövlətlərin iqtisadiyyatına və ya təhlükəsizliyinə zərər vura biləcəyini nəzərə alaraq, bir çox ölkələrdə "Telegram"a qarşı şikayətlər olub. Ola bilsin ki, Rusiya hökumətinin də Durovla bağlı bəzi sualları ola bilər, lakin bu tipli bütün platformalar bunda günahkardır. Əgər Durova bunu edirlərsə, yəqin ki, başqaları da həbs olunmalı ya ev dustağı edilməlidir".
"Fransa hakimiyyətinin hərəkətləri mənim üçün o qədər də aydın deyil", deyə Putin əlavə edib.
Durov avqustun 24-də Parisin Le Burje hava limanında saxlanılıb. Fransada Durov 10 ağır cinayətdə, o cümlədən mütəşəkkil qrup tərəfindən qeyri-qanuni əməliyyatlar həyata keçirmək məqsədilə onlayn platformanın idarə olunmasında iştirakda şübhəli bilinir və onu 10 ilədək həbs cəzası gözləyir. Hələlik ona qarşı rəsmi ittiham irəli sürülməyib.
Avqustun 28-də Durov girov müqabilində azadlığa buraxılıb və o, tezliklə 5 milyon avro ödəməlidir. Onun Fransa ərazisini tərk etməsi qadağandır və həftədə iki dəfə polisə məlumat verməlidir.
Aydın























































