Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 10:14

Buzovnada mənzildə yanğın

Yaşıl ulduz kəşf edildi
21-10-2026, 09:48

Yaşıl ulduz kəşf edildi

İsrailə gizli səfər etdi
20-10-2026, 10:31

İsrailə gizli səfər etdi

15 yolda tıxac var - Siyahı
19-10-2026, 10:02

15 yolda tıxac var - Siyahı

28 Avqust 2024 10:15Manşet / Gündəm

Bu il hansı tələbələrin təhsil haqqı dövlət tərəfindən ödəniləcək?

 

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsinin nəticələrinə əsasən, 55 656 nəfər universitetlərə qəbul olunub.

Xezerxeber.az xəbər verir ki, onlardan 27 117 nəfəri dövlət sifarişi əsasında, 28 539-u isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, ödənişli əsaslarla təhsil alan və sosial müdafiəyə ehtiyacı olan şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Eyni zamanda, nazirlik bildirir ki, Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına əyani təhsil alan tələbələrə güzəştli kreditlər də verilir.

Qeyd edək ki, sabahdan ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar portal.edu.az platformasında "Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər. Elektron sistem üzrə qeydiyyat 6 sentyabr saat 18:00-da başa çatacaq.