Tanınmış LOR, plastik, və rekonstruktiv, estetik cərrah Fuad Abdullayev: - "İŞİNİN PEŞƏKARI, ŞƏFALI ƏLLƏR SAHİBİ". YAXŞIYA YAXŞI DEMƏK VİCDAN BORCUDUR.
“El-Plastik” MMC-nin rəhbəri Hacı Hülağa Abışov: "Əbədi qəhrəmanlıq salnaməsi. 27 sentyabr - Şəhidlərimizi ehtiramla yad edirik".
“Orbita MTK” yaşayış kompleksinin icraçı direktoru Amil Bağıyev: "27 sentyabr – qəhrəmanlıq səhifəsi. Şəhidləri qürurla yad edirik"
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova: “27 Sentyabr – Şəhidlərin Anım Günü: Milli həmrəyliyin təzahürü”
Laçın rayon 15 saylı tam orta məktəbin direktoru Yeganə Əlvəndova: "Şəhidlər – əbədi qürur mənbəyimiz"
Seyid Cəfər Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasının direktoru İlqar Talıbov: "Şəhidlər and yerimiz, qürur yerimizdir".
İş adamı Cəbrayıl Cəbrayılov: “27 sentyabr – tariximizə yazılan qəhrəmanlıq səhifəsi”
Yevlax rayon Xaldan uşaq musiqi məktəbinin direktoru Rəfail Məmmədov - "Səriştəli rəhbər, Musiqiyə həsr olunmuş həyat yolu".
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev: "27 sentyabr şəhidlərimizin anım günüdür. Anım günü – milli həmrəyliyin təcəssümü"
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: “27 sentyabr şəhidlərin anım günüdür. Şəhidlər qürurumuz, andımızdır”
Bioloji Təbabət-İnteqrativ Sağlamlıq Mərkəzinin rəhbəri Elxan Yaqubov: “Şəhidlərə ehtiram – müqəddəs borc”
Bakı şəhəri 14 nömrəli tam orta məktəbin direktoru Rəfail Hüseynov: “Dövlətə sədaqətin və şəhidlərə ehtiramın nümunəsi”
“Shirvan OC Ltd” Şirkəti Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədov:” Dövlətə sədaqətin və şəhidlərə ehtiramın nümunəsi”
Azərbaycan ədəbiyyatında detektiv janrının banisi Cəmşid Əmirov və onun ədəbi irsini davam etdirən qızı Dilşad Əmirova
Millət vəkili Tahir Mirkişili – “Dövlətə sədaqətin, vətənpərvərliyin və intellektual liderliyin simvolu”
Bacarıqlı siyasətçi, sadiq silahdaş
Artıq 7 ildir ki, Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi uğurla fəaliyyət göstərir. Onun rəhbərliyi altında çoxsaylı layihələr reallaşıb, ümumiyyətlə, ölkə həyatının elə bir sahəsi olmayıb ki, diqqətindən kənarda qalsın.
Etiraf etməliyik ki, Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamına əsasən, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması heç də təsadüfi deyildi. Çünki Mehriban Əliyeva həmin zaman həm Milli Məclisin deputatı kimi, həm də Heydər Əliyev Fondunun rəhbəri olaraq ölkə daxilində və beynəlxalq arenada mühüm layihələr həyata keçirirdi. Milli Məclisin deputatı olduğu zamanlar mütəmadi olaraq seçicilərlə görüşlər keçirir, onların qayğıları ilə maraqlanır, rəy və təkliflərini öyrənib, sosial problemlərinin həlli istiqamətində müvafiq tədbirlər görürdü. Seçicilərin dərin hörmət və rəğbətini qazanan Mehriban xanım Əliyeva parlamentdə dövlətimizin və xalqımızın maraqlarından çıxış edərək bir sıra vacib qanunların qəbul olunmasında yaxından iştirak edirdi. Bununla bərabər, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında fəal rol oynayır, təhsil, səhiyyə, mədəniyyət, incəsənət sahəsində həyata keçirdiyi layihələr bu istiqamətlərin inkişafına əvəzsiz töhfə verirdi. Onun təşəbbüsü ilə reallaşan amnistiya aktları yüz minlərlə ailəyə sevinc bəxş edib. Həmçinin Azərbaycan həqiqətlərinin, mədəniyyətinin dünyaya tanıdılması istiqamətində gördüyü işlər beynəlxalq aləmdə böyük əks-səda doğurur, bu layihələr Azərbaycanın dünyadakı mövqeyini daha da möhkəmləndirir, ölkəmizin qədim mədəni-tarixi köklərə malik olduğunu sübuta yetirirdi.
Birinci xanım təkcə ölkə daxilində yox, dünya miqyasında məşğul olduğu sahələr üzrə yüksək standart müəyyənləşdirib. O, atdığı humanist addımlarla, gördüyü nəcib işlərlə, sülhün bərqərar olması üçün göstərdiyi şücaətlə bütün insanlar üçün təkrarlanması vacib örnəyə çevrilib.
Mehriban xanımın fəaliyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətti uğurla tamamlayır və həmçinin ölkənin birinci xanımı fədakarlığı, mədəniyyətimizə, tariximizə, adət-ənənələrimizə bağlılığı ilə ən böyük mükafat olan ümumxalq sevgisinə layiq olduğunu sübut edir. Xeyirxah əməlləri ilə xalqının sevimlisinə çevrilən Heydər Əliyev Fondunun rəhbəri Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən nəciblik missiyasını şərəflə yerinə yetirir. Onun ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır.
İkinci Qarabağ müharibəsi başlayanda xalq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın duyğuları tərpədən, ədalətli müharibəmizdə döyüşçülərimizi döyüşə uğurlayan kəlamını da əsgəri çağırış bildi: "Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!"
Bu həm çağırış, həm də ana duası idi. Bu çağırış Şanlı Zəfərə aparan yolda qəhrəman oğullarımızın döyüş ruhunu artırdı. Döyüşlərdə qəhrəmanlıq göstərərək yaralanan hərbçilərimizə mütəmadi baş çəkib qayğılarına qalan Mehriban xanım Əliyevanın ana qayğısı hər bir hərbçimizin döyüş ruhunu artırırdı.
Böyük Zəfər ölkəmizin siyasi imicini də yüksəltdi, dünya dövlətlərinin ona ehtiramını da artırdı. Zəfərdən sonra Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərlərində Birinci vitse-prezident Mehriban xanım Əliyeva da olur, dövlət başçısı ilə birlikdə quruculuq işlərinin başlanğıcında, bu və ya digər müəssisənin təməlqoyma mərasimində iştirak edir. Bünövrənin qoyulmasında bu səviyyədə iştirak sevginin ifadəsidir, sözlə ifadə edilə bilməyən ana xeyir-duasıdır.
Mehriban xanım Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondunun Qarabağ və Şərqi Zəngəzurda gördüyü işlər də möhtəşəmdir. Vandal ermənilərin 30 ildə darmadağın etdikləri tarixi-mədəni və dini abidələrimizi yenidən bərpa edən fondun gördüyü işlər misilsizdir.
Bütün bunların fonunda əminliklə deyə bilərik ki, xeyirxahlığı, Vətənə, xalqa, dövlətçiliyə, dövlətə xidməti həyat fəlsəfəsi bilən Mehriban xanım Əliyevanın Azərbaycanın ən yüksək dəyərinə - "Heydər Əliyev mükafatı"na, "Heydər Əliyev" ordeninə layiq görülməsi təsadüfi deyil.
Əziz Mehriban xanım Əliyeva,
60 illik yubileyiniz münasibətilə sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnuniyyət duyuram. Bu əlamətdar gündə sizə uzun ömür, sağlamlıq, xoşbəxtlik və həyatınızdakı bütün arzularınızın gerçəkləşməsini arzulayıram.
Sizin 60 illik həyat yolunuz, zəngin təcrübəniz və əvəzsiz xidmətləriniz ölkəmizin inkişafına böyük töhfələr vermişdir. Siz yalnız şəxsi keyfiyyətlərinizlə deyil, həm də fəaliyyətlərinizlə geniş kütlələrin hörmətini qazanmış bir lidersiniz. Sosial, xeyriyyəçilik, mədəniyyət və təhsil sahələrindəki təşəbbüsləriniz, eyni zamanda xalqımızın rifahını artırmağa yönəlmiş işləriniz hər zaman yüksək qiymətləndirilir.
Mehriban xanım, sizin insanlara olan dərin sevginiz, yardımsevərliyiniz və müsbət enerjiniz hər zaman ilham mənbəyi olmuşdur. Yubileyiniz, sizin ölkəmiz üçün göstərdiyiniz əvəzsiz xidmətləri və həyata keçirdiyiniz müsbət dəyişiklikləri qeyd etmək üçün əla bir fürsətdir. Sizin müdrikliyiniz, liderlik keyfiyyətləriniz və humanist yanaşmanız bizim üçün örnəkdir.
Bu xüsusi gündə həyatınızın hər bir anının sizə sevinc və xoşbəxtlik gətirməsini diləyirəm. Sizin gələcəkdə də uğurlarınızın davamını, həmçinin sağlam və uzun bir ömür sürməyinizi arzulayıram. Sizin əvəzsiz töhfələriniz və liderlik bacarıqlarınız ölkəmizin gələcəyi üçün müstəsna əhəmiyyət kəsb edir.
Bir daha doğum gününüz mübarək, Mehriban xanım. Sizə bütün həyatınız boyunca ən yaxşısını arzulayıram.
Hörmətlə,
Səfərov Fuad Nuşrəvan oğlu
Bakı şəhəri 25 saylı notariat ofisinin xüsusi notariusu