Xəbər Lenti
20-06-2026, 12:24
Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
19-06-2026, 17:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
19-06-2026, 17:39
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
19-06-2026, 11:36
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
18-06-2026, 18:48
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
18-06-2026, 16:01
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
18-06-2026, 14:46
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Maaş, pensiya və sosial yardımlar artacaq - Bu tarixdən
"Minimum əmək haqqının artırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkliflər hazırlanıb, artıq bununla bağlı ictimaiyyətə məlumat verilib. Gözlənilir ki, noyabrın birinədək təkliflər hazırlanıb təqdim olunacaq”.
Bu sözləri BAKU.WS-ə iqtisadçı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, məhz müzakirələrdən sonra minimum əmək haqqının artırılacağı ilə bağlı qərarın veriləcəyi gözlənili: "Minimum əmək haqqın artırılması ilə bağlı təkliflər bu ilin payızında yekunlaşacaq, hazırlanması və təqdim olunması, daha sonra qərarın verilməsi reallaşa bilər.
Pensiyalardakı artımlar indeksasiya ilə həyata keçirilir. İndeksasiya hər ilin əvvəlində baş verib və 2025-ci ilin əvvəlində 2004-cü ildə orta aylıq əmək haqqındakı artıma uyğun olaraq indeksasiya ilə bağlı qərarın veriləcəyi gözlənilir.
Eyni zamanda, əvvəlki illərdə, məsələn, 2022-ci ildə cənab Prezidentin göstərişi ilə pensiyaçılara yardımlar verilmişdir. Bununla bağlı altıncı çağırış Milli Məclisdə də təkliflər təqdim olunmuşdu. Düşünür ki, bu istiqamətdə fiskal yükün qiymətləndirilməsi və hesablanması həyata keçirildikdən sonra məhz uyğun qərarın verilməsi istisna deyil”.
Vüqar Bayramov əlavə edib ki, əsas məsələlərdən biri məhz fiskal qiymətləndirmənin həyata keçirilməsi və tələb olunan maliyyə yükü, büdcə tərəfindən ayrılacaq vəsaitin müəyyənləşdirilməsidir:
"Nəzərə alsaq ki, 2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurun bərpası, müdafiə və milli təhlükəsizliyi üçün ayrılan vəsaitin həcmində artımlar var və bu istiqamətdə prioritetdir.
Amma bütün bunlarla yanaşı, təbii ki, sosial istiqamətdə prioritetlərini qoruyub saxlayıb və son dörd sosial paketə dövlət büdcəsindən əlavə olaraq 7 milyard manat vəsait xərclənib. Bu ondan xəbər verir ki, sosial paketin dərinləşməsi və sosial siyasətin dəstəklənməsi də prioritet olaraq qalmaqdadır
Təbii ki, fiskal gəlirlərimizə uyğun olaraq bu istiqamətdə addımların atılacağı gözlənilir. Minimum əmək haqqın artırılması ilə bağlı müzakirələrin noyabrın birinə qədər tamamlanacağını nəzərə alsaq, gözlənti ondan ibarətdir ki, bu kontekstdə artımlarla bağlı müzakirələr və təkliflərin təqdim edilməsi bu ilin noyabrın birinə qədər tamamlana bilər. Daha sonra məhz dövlət büdcəsinin gəlirlərinə uyğun olaraq bu istiqamətdə addımların atılacağı gözlənilir”.






















































