Xəbər Lenti
30-09-2026, 16:53
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
30-09-2026, 14:41
İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, DEFENDING HUMAN RIGHTS ŞİRKƏTİNİN RƏHBƏRİ, BEYNƏLXALQ HÜQUQ MÜDAFİƏÇİSİ İSMAYIL ZALOV ADEX TƏDBİRİNDƏ İŞTİRAK ETDİ
29-09-2026, 18:40
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
Reşford sürücülük hüququndan məhrum edildi
“Mançester Yunayted” klubunun futbolçusu Markus Reşford 6 ay sürücülük hüququndan məhrum edilib.
“Qafqazinfo” “The İndependent” nəşrinə istinadən xəbər verir ki, buna səbəb futbolçunun sürət həddini aşması olub.
Məlumata görə, Reşford 1666 funt sterlinq (3660 manat) məbləğində cərimələnib.
Qeyd edək ki, Reşford ötən ilin sentyabr ayında İngiltərə premyer-liqasında “Bernli” üzərində qələbədən sonra bahalı avtomobili ilə qəza törətmişdi.
Onu da bildirək ki, 26 yaşlı forvard AVRO-2024 üçün İngiltərə millisinin heyətinə daxil edilməmişdi. O, ötən mövsüm ilə çıxdığı 43 matçda 8 qol və 5 də məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırki klubla müqaviləsi 2028-ci ilin yayınadəkdir.






















































