Cavid Abdullayev: İlin sonunadək bir neçə bərpaolunan enerji stansiyası istismara veriləcək - AÇIQLAMA VİDEO
Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı selim-muslumovun-bu-evi-yari-qiymete-satisa-cixarildi
Bu dəfə özləri deyil, övladları namizəd oldu
Xəbər verdiyimiz kimi, Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa irəli sürülmüş namizədlərin adları açıqlanıb. YAP-ın namizədlər siyahısında iki keçmiş deputatının övladlarının adları var.
“Qafqazinfo” xəbər verir ki, onlardan biri 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən namizəd göstərilən Süleymanlı Mahir Tahir oğludur. O, sabiq deputat Tahir Süleymanovun oğludur. T.Süleymanov 2000-2020-ci illərdə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən Milli Məclisin deputatı olub.

20 saylı Nərimanov ikinci seçki dairəsindən isə Vəliyev Samir Əhməd oğlu namizəd göstərilib. S.Vəliyev Odlar Yurdu Universitetinin rektoru, III və IV çağırış Mili Məclisin üzvü olmuş Əhməd Vəliyevin oğludur.

Bundan başqa, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Lent.az-a açıqlamasında səhhəti ilə bağlı bu il parlament seçkilərində iştirak etməyəcəyini bildirib. Onun sözlərinə görə, qızı Günay Ağamalı 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olub: “Bu il qızım seçkilərdə iştirak edəcək. Artıq namizədliyi təsdiq olunub. Qızım Günay Ağamalı 65 sayılı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olub”.
.png)
***
12 saylı Xəzər birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Maniyeva Aygün Şaitdin qızı da sabiq millət vəkilinin qızıdır. O, keçmiş deputatı Şaitdin Əliyevin övladıdır.























































