Xəbər Lenti
Dünən, 21:29
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
Dünən, 15:20
SƏFƏRALİYEV QANBOY ƏHMƏDALI OĞLU – LAÇININ ALXASLI KƏNDİNİN VƏTƏN NAMİNƏ ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN İGİD OĞLU!
14-11-2026, 17:02
Əsabil Qasımov 5 milyonluq əmlakı ələ keçirib, indi də sahibini və mətbuatı susdurmağa çalışır
13-11-2026, 15:07
BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
13-11-2026, 10:17
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
12-11-2026, 18:57
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
12-11-2026, 14:10
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
Nəsimi rayonuna kim rəhbərlik edəcək? — Asif Əsgərovun yerinə SÜRPRİZ NAMİZƏD
Məlum olduğu kimi, Hakim Yeni Azərbaycan Partiyası (YAP) partiyanın İdarə Heyətinin bu gün keçirilmiş iclasında 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə namizədlərini müəyyənləşdirib.
Namizədlər sırasında bir sıra maraqlı adlar var. Hakim Partiyanın deputatlığa namizədliyini irəli sürdüyü şəxslər arasında Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov da var. Onun deputatlığa namizədliyi 112 saylı Zaqatala seçki dairəsindən irəli sürülüb.
Xalqxeber.az-a bu xüsusda maraqlı məlumat daxil olub.
Məlumatda qeyd olunur ki, Nəsimi rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə hazırda İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Nahid Bağırovun təyin olunacağı ehtimal edilir.
Xalqxeber.az























































