Xəbər Lenti
Dünən, 12:12
Xətai rayonunda Xalq artisti Niyaməddin Musayevin 85 illik yubileyinə həsr olunmuş görüş keçirilib
31-08-2026, 15:27
31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
Dağıstanda niqab qadağası qüvvəyə mindi
Xəbər verdiyimiz kimi, Dağıstanda niqab taxmağın qadağan edilməsi müzakirə edilir.
“Qafqazinfo” “Lenta”ya istinadən xəbər verir ki, Dağıstan Müftiliyi respublika ərazisində müvəqqəti olaraq niqab taxılmasını qadağan edən qərarı qəbul edib.
Bu barədə məlumatı isə Dağıstan müftisinin müavini Abdulla Salimov açıqlayıb.
Bildirilib ki, qadağa müəyyən edilmiş təhdidlər aradan qaldırılana qədər qüvvədə olacaq.
Qadağa isə regionun Milli Siyasət və Dini İşlər Nazirliyinin müraciətinə uyğun olaraq elan edilib. Sözügedən müraciətdə isə respublika əhalisinin təhlükəsizliyinə təhdidlərin olduğundan bəhs edilib.























































