“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
BMT Baş katibinin müavini: UNEP olaraq Azərbaycanı COP29 “səyahəti”ndə dəstəkləməkdən şərəf duyuruq
"Biz UNEP olaraq Azərbaycanı COP29 "səyahəti”ndə dəstəkləməkdən şərəf duyuruq. Hər COP konfransının özünəməxsus xarakteri var".
Qaynarinfo xəbər verir ki, bu sözləri COP29 Məlumat Mərkəzinin açılışında iştirak edən BMT Baş katibinin müavini, Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen jurnalistlərə müsahibəsində deyib.
"İqlim məsələsinə gəldikdə isə Azərbaycan lider ölkə sayıla bilər. Azərbaycan COP29 konfransına ev sahibliyi etmək üçün könüllü təşəbbüs göstərdi. Bu tədbirə ev sahibliyi edən hər bir ölkə öz səxavətliliyini, xeyirxahlığını və liderliyini nümayiş etdirir. Bu COP konfransında biz Azərbaycanın ruhunu və mədəniyyətini hiss edirik. Biz bilirik ki, Bakı Olimpiya Stadionu COP tədbiri çərçivəsində möhtəşəm bir məkana çevriləcək. Həmçinin başa düşürük ki, Azərbaycan öz tarixini, ənənələrini və milli təamlarını nümayiş etdirmək niyyətindədir. Bütün dünya ictimaiyyəti bunu səbirsizliklə gözləyir”, - İ.Andersen bildirib.
UNEP-in icraçı direktoru Azərbaycanın yaşıl enerjiyə 2 milyard dollar sərmayə yatırdığını, neft ölkəsi olaraq ətraf mühitin mühafizəsi sahəsində böyük addımlar atmaqda olduğunu qeyd edib.























































