“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
TƏRLAN KƏLBİYEV İNTİHAR EDİB, YOXSA ONU ÖLDÜRÜBLƏR?
Lənkəran rayonunun Diryan kəndində bədbəxt hadisə baş verib. Belə ki, 11iyun 2024-cü il tarixində həmin kəndin sakini Tərlan Əfqan oğlu Kəlbiyevin meyiti bu yaşayış məntəqəsinə gedən yolun 2-ci kilometrliyində, təqribən həmin yoldan 15 metr aralıda yerləşən ağacdan asılmış vəziyyətdə, dizləri yerə qatılmış halda aşkar olunub.
Tərlan Kəlbiyevun yaxin qohumları və onun cansız bədənini görən Diryan kənd sakinlərinin qənaətinə görə, Tərlan heç də intihar etməyib, onu öldürüblər. İzi itirmək məqsədilə daha sonra meyiti ağacdan asıblar.
Məlumat üçün bildirək ki, 2002- ci il təvəllüdlü Tərlan Kəlbiyev ailənin yeganə övladıdır. O, orta təhsil aldıqdan sonra Lənkəran Peşə Liseyində qaynaqci peşəsinə yiyələnib. İki il peşəsi uzrə Lənkəran rayonunda işlədikdən sonra gözlərinin görmə qabiliyyəti zəiflədiyi üçün qaynaqçılıq fəaliyyətini dayandırıb, Bakı şəhərində şirkətdə fəhlə işləyib.
7 iyun 2024- cü il tarixində Lənkərana gələn Tərlan köhnə iş yoldaşı Amalla rastlaşıb. Onunla birlikdə Lerikdəki istirahət mərkəzlərinin birində 2 gün qaldıqdan sonra Amalla birgə onun maşınında Lənkərana qayıdıb. Saat 3 radələrində Amaldan ayrılarkən ona bildirib ki, şəhərin Qala Cay evində bir nəfərlə vacib görüşü var. Sonra Tərlanın mobil telefonundan Amala bir sira mesajlar gəldikdən sonra həmin gün daha Tərlan zəng çatmayıb. Tərlanın yaxin qohumlarının və hadisəni görən şahidlərin sözlərindən, eyni zamanda həm də hadisə yerində çəkilmiş foto şəkildən belə nəticəyə gəlmək olur ki, Tərlan intihar etməyib.
Sözu gedən hadisə ilə bağlı Lənkəran rayonunun hüquq mühafizə orqanları tərəfindən zəruri araşdırmalar aparılır.
Zahid Həbiboğlu.























































