Vətənə və dövlətə bağlı sahibkarlığın nümunəsi – Minera Group şirkətlər qrupunun təsisçisi və rəhbəri Xudaqulu Rzayev
Həkim Pərvaz Kişiyevin fəaliyyəti ilə bağlı suallar cavabsız qalır – rəsmi qurumların susqunluğu ictimai narahatlıq yaradır
Bu Mərkəz yeni tibbi avadanlıqla təchiz edilib
“Sumqayıt Tibb Mərkəzi maddi-texniki bazanın gücləndirilməsi məqsədilə 300-dən çox yeni tibbi avadanlıqla təchiz edilib. Bura KT, MRT, C-qollu rentgen, Fako cihazı (kataraktanın lazerlə aradan qaldırılması), A-B skan (göz almasının ultrasəs müayinəsi) və digər cihazlar aiddir”.
“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova Sumqayıt Tibb Mərkəzinə bu gün keçirilən mediatur zamanı deyib.
O, icbari tibbi sığortanın tətbiqindən sonra Sumqayıt Tibb Mərkəzində həyata keçirilən yeniliklər barədə danışıb.
“Sığortanın tətbiqindən sonra burada dördüncü səviyyəli mərkəzləşdirilmiş laboratoriya fəaliyyətə başlayıb. Perinatal Mərkəzdə daha öncə icra olunmayan - laporoskopik ginekoloji, neonatal cərrahi, uşaqlarda isə laporoskopik və neyrocərrahi əməliyyatlar icra olunur.
2022-ci ildən bu günədək Mərkəzdə 42 075 sayda cərrahi əməliyyat icra olunub. Bura fəqərəarası diskin kəsiklə çıxarılması, uşaqlığın çıxarılması və digər əməliyyatlar daxildir. Bütün bu görülən tədbirlər Agentliyin əsas hədəflərindən olan tibbi xidmətlərin əlçatanlığının təminatına və keyfiyyətin artmasına yönəlib”.























































