Əsabil Qasımov 5 milyonluq əmlakı ələ keçirib, indi də sahibini və mətbuatı susdurmağa çalışır
BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
12 NOYABR – KONSTİTUSİYA GÜNÜ: MÜSTƏQİL AZƏRBAYCANIN HÜQUQİ TƏMƏLİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ MİLLİ SUVERENLİYİNİN TƏNTƏNƏSİ
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
Xəstəxanalarda randevu sisteminin nə vaxtdan tətbiq ediləcəyi AÇIQLANDI
“Dövlət tibb müəssisələrində növbə sıxlığının qarşısının alınması üçün randevu sisteminin ilkin olaraq test rejimində bu ilin sonuna qədər işə başlaması nəzərdə tutulub. İlkin olaraq sistemin “Yeni Klinika”da tətbiqi nəzərdə tutulub”.
Bu barədə “Trend”in sorğusuna cavab olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, vətəndaş “e-Tabib” mobil tətbiqi üzərindən öncə müayinə üçün həkimin ixtisası üzrə seçim etməli, daha sonra isə tibb müəssisəsini seçməlidir.
“Vətəndaş ixtisas seçimini, tibb müəssisəsini, gün və saatı seçdikdən sonra təsdiq düyməsi vurulur. Ekranda randevu nömrəsi əks olunduqdan sonra vətəndaş randevunu götürmüş sayılır.
Eyni zamanda, bir şəxs özü ilə yanaşı, digər şəxslər üçün də onlayn növbə götürə bilər.
Vətəndaş randevunun təyin edildiyi gün tibb müəssisəsinə 15 dəqiqə əvvəldən gəlməli, növbə terminalına yaxınlaşaraq randevunu aktivləşdirməlidir”, - deyə bildirilib.
Xatırladaq ki, bir müddət öncə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova xəstəxanalarda “Randevu” sistemi olacağını, sistemin test mərhələsində olduğunu qeyd edib.























































