Füzuli Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə “troll”arından istifadə edir? FAKT/FOTO
Qobustanda 24 yaşlı gəlinini öldürməkdə şübhəli bilinən şəxs MÜƏLLİM İMİŞ - ŞOK TƏFƏRRÜAT
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İlham Əliyev Pakistan Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “İŞİNİN PEŞƏKARI, QABAQCIL SƏHİYYƏ İŞÇİSİ”
Şahbaz Şərif: Pakistanla Azərbaycan arasında ticarət və investisiyaları inkişaf etdirmək barədə razılığa gəldik
Şərqin və Qərbin körpüsü: Azərbaycanın diplomatik tarazlıq strategiyası və sülhə baxış
Klublararası dünya çempionatı: PSJ "Bavariya" ilə, "Borussiya Dortmund" "Real Madrid"lə üz-üzə
"Sea Breeze Marinas" MMC-nın direktoru Elbəy Rzayev Azər oğlu: "VƏTƏNƏ BAĞLILIQ, İŞİNİN PEŞƏKARI, ZİYALILIQ MİSSİYASI".
Azərbaycan-Özbəkistan münasibətləri: Bölgənin gələcəyini müəyyənləşdirəcək əsas sütunlardan biri
HƏM İDMANDA HƏM DƏ PEŞƏ FƏALİYYƏTİNDƏ MƏSULİYYƏTLİ ZABİT AYDIN HƏŞİMOV
Müstəqillik əldə etdikdən sonra ölkəmizdə böyük idman tədbirlərinin keçirilməsi ənənə halını alıb. Ölkəmiz təkcə idmanda yox, dünya tarixinə mədəni, elmi və ədəbi töhfələr verən, böyük tarixi şəxsiyyətlər yetirən, adı, imzası bəlli olan bir xalq kimi də dünyanın diqqətini cəlb edən bir vətəndir. Bəzi uğurlu addımlarımız var ki, dünya səviyyəsində çıxış etdiyimiz zaman şərəf rəmzimiz olan bayrağımız dalğalanır və dövlət himnimiz səslənir. Həmin anları bizə yaşadan idmançılarımızdan biri də Aydın Həşimovdur.
Aydın Həşimovun uğurları ölkə əhalisinin böyük sevgi və məhəbbətini qazanmış bir çox gənclərimizin isə idman fəaliyyəti ilə məşğul olmasına təkan vermişdir.
Dünya səviyyəsində bayrağımızı dalğalandırn, dövlət himnimizi səsləndirən idmançımız Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmanın təşkili bölməsinin rəisi, polis polkovnik- leytenantı Aydın Balaşah oğlu Həşimovdur.
Həşimov Aydın Balaşah oğlu 29.05.1978-ci ildə Bakı şəhərində anadan olub, o, 1995-ci ildə orta məktəbi bitirib.1988-1999-cu illərdə Lokomotiv idman cəmiyətində cudo idman növü ilə məşğul olub. 2001-2003-cü illərdə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində sambo idman növü, 2003-cü ildən isə ciu-citsu idman növünə keçid edib. Ciu-citsu Federasiyasının Milli yığma komandasının üzvü, 2005-ci ildən Ciu-citsu Federasiyasının təlimatçısıdır. Aydın Həşimov Ciu-citsu üzrə qara kəmər sahibidir.
Aydın Həşimovun idman fəaliyyəti sırf idmanla məşğul olmaq deyil məhz məşğul olduğu idman növləri üzrə ölkə hüddularından kənarda təhsil almışdır.Buna görə də əsas hallarda aydın Həşimov adı gələndə məhz hərəkətləri elmə əsaslann xüsusi texniki fəndlər yada düşür.Belə ki, Aydın Həşimov Daxili Qosunların xüsusi təyinatlı dəstələrin əməkdaşları üçün gizirlər məktəbini, Çin Xalq Respublikasının Şıcyajuan şəhərində Xüsusi təyinatlılar akademiyasının xüsusi əməliyatların hazırlanması fakultəsinin xüsusi təyinatlı bölüyündə, Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatının Hüquq-muhafizə və təhlükəsizlik orqanların, polis əməkdaşlarının taktiki-texniki təlimi, silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə hazırlanmasını,Çin Xalq Respublikasının Quanjou səhərində Hərbi idman akademiyasının Uşu-sanda idman növü fakultələrini əla başa vurmuşdur.
Aydın Həşimov-2007-ci ildə Tiflis şəhərində keçirilən “Transcontinental Grand Prixe Silwer Sword” peşəkarlar yarışının çempionu
2007-ci ildə Yalta şəhərində keçirilən dünyaçempionatın –“kik-citsu” idman növü üzrə keçirilən dünya çempionatının “ən texnikalı idmançısı”
2009-cu ildə Dağıstan-Maqaramkənd MMA-üzrə keçirilən (qarışıq döyüş növləri üzrə )Rusiya – MDB-finalçısı
2010-cu ildə Özbəkistanda Asiya çempionatının “Güc Qurumları arasında əlbəyaxa döyüş üzrə çempion
2010-cu ildə Semferopol da “Free fight” döyüş növləri üzrə peşəkarlararası dünya kubokunun qalibi
2012-ci ildə Çin Xalq Respublikasının Quanjou şəhərində, Hərbi İdman akademiyasında keçirilən “Güc qurumları arasındaUşu-sand”a üzrə Super Turnirin çempionu
2018-ci ildə Polşa şəhərində keçirilən “MMA”(qarışıqdöyüşnövləri) – Avropa çempionatında qalib olaraq çempion adına layiq görülmüşdür.
2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti- Hərbi xidmətlərə görə medalı ilə
2020-ci ildə Azərbaycan Respublikasının Əməkdar məşqçisi fəxri adına
DİN- in Daxili Qoşunların xidmətdə fərqləndiyinə görə döş nişanı ilə
DİN- in Əla xidmətlərə görə döş nişanına layiq görülmüşdür.
Təkcə titullarına diqqət yetirsək, onun idmanın hansı pilləsində qərarlaşdığını görə bilərik.
Aydın Həşimovun adı gələndə gözlərimiz önünə ən yüksək arenalarda dalğalanan üçrəngli bayrağımız gəlir. Bilirik ki, hansı yarışda onlar varsa, demək, orda qalibiyyət bizimdir. Polis polkovnik-leytenantı idmanda sözünü deməklə yanaşı, bu gün asayişin qorunmasında da vəzifə borcunun öhdəsindən layiqincə gəlir.
Aydın Həşimov hər zaman ən güclü rəqiblərə görüşərək qələbə qazanmışdır, çünki onun bir məqsədi olub, yaxşıların yaxşısı olsun deyə və o, öz devizinə hər zaman sadiqdir və bütün döyüşlərində bunu sübut etmişdir.
Aydın Həşimova idmanda qazandığı uğurlarına görə təşəkkürümüzü bildirərək yeni uğurlar arzulayırıq.
Nəbizadə Könül Faxrəddin qızı