Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yeni “SOCAR Balakhani” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir.
"28 may Müstəqillik günü"-nə həsr olunmuş "Bütöv Azərbaycan" adlı bayram konserti - ƏTRAFLI FOTOLAR
27.05.2024 tarixində Azərbaycan Respublikası ƏƏSM Sosial Xidmətlər Agentliyinin tərəfdaşlığı ilə, Bakı şəhərinin Sabunçu rayonunda yerləşən Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərinə 28 may Müstəqillik günü münaibətilə bayramı konserti keçirildi.
Bayram tədbiri təşkilatçı-prodüser Lalə Dadaşovanın, "Nur Organization"-nın rəhbəri Kamran Nurun, "Əkinçi" TEST İB-nin təsisçisi Emin Hacısoy TürkƏrin, "Mübarizlər" İB-nin sədr müavini Gülnar Nəsiblinin birgə təşkilatçılığı ilə baş tutub.
"Bütöv Azərbaycan" adlı tədbir təşkilatçı Lalə Dadaşovanın başlatdığı "Bir zərrənin sevinci" adlı xeyriyyə marafonu çərçivəsində, aparıcı Zeynəb Kəngərlinin təqdimatı ilə tədbir açıq elan edilərək, Azərbaycan Respublikasının dövlət himni səsləndirildi və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə ilk olaraq Hövsan Mədəniyyət Sarayının "Zəfər" xor kollektivi çıxış edərək "Heydər Baba" musiqili kompozisyasını, daha sonra isə özündə milli ornamentlərimizi əks etdirən "Vals" rəqsini və "Sağ salamat" rəqsini nümayiş etdilər.
Konsert proqramında bəstəkar "Qarabağ bülbülü" Aybəniz Bəhrəmqızı, Səfa Mehdi, Ədalət Abasov, Gülnaz Nəbili, Əsnad Əliyeva və rəqqasə Amaliya Ağayeva musiqi nömrələri ilə Ahıllar evinin yaşlı sakinlərini sevindirdilər.
Təşkilatçılar mərkəzin sakinlərini bayram münasibətilə təbrik etdilər. Sakinlər də öz növbələrində ürək sözlərini və təbriklərini səsləndirdilər.
Tədbirin sonunda Ahıl şəxslər üçün olan sosial xidmət müəssisəninin rəhbəri Samirə xanım Mehtiyevaya söz verildi, təşkilatçılar Lalə Dadaşova mərkəz sakinlərinə və təşkilatçılara öz ürək sözlərini söylədi. Sonda "Əkinçi" TEST İB-nin təsisçisi Emin Hacısoy simvolik "el bir olsa" şüarını səsləndirərək, tədbiri bağlı elan elədi.

























































