Menu
Xəbər Lenti
Polis silah-sursat götürdü
13-04-2026, 11:33

Polis silah-sursat götürdü

14 yolda tıxac var - Siyahı
13-04-2026, 11:07

14 yolda tıxac var - Siyahı

Tapdıq Əlibəyli – 65
11-04-2026, 15:50

Tapdıq Əlibəyli – 65

YALAN AYAQ TUTAR, YERİMƏZ
11-04-2026, 14:12

YALAN AYAQ TUTAR, YERİMƏZ

Neftimiz yenə ucuzlaşdı
11-04-2026, 12:43

Neftimiz yenə ucuzlaşdı

26 May 2024 14:26Manşet / Gündəm

Dəniz sahilində lentə alınan görüntülərlə bağlı - Açıqlama

 

Nardaran qəsəbəsi “Daçnik” adlanan çimərliyin sahilinin çirklənməsi ilə bağlı sosial şəbəkələrdə yayılımış görüntülərlə əlaqədar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırma aparılıb.

Xidmət rəsmisi Qafar Ağayev “Qafqazinfo”ya bildirib ki, araşdırma zamanı dənizin sahilində çirkab su müşahidə edilməyib, lakin mamır və qırmızı yosun toplantısına rast gəlinib. 

Xidmət rəsmisinin sözlərinə görə, fotolardakı görüntünün Xəzər dənizinin geri çəkilməsi səbəbindən mamır və qırmızı yosunun ərazidə toplanaraq suyun çirkab olması fonunu yaratdığı müəyyən olunub. 

“Vizual olaraq ərazidə tullantı suları aşkar edilməsə də, mütəxəssislər tərəfindən analiz olunması üçün sudan nümunə götürülüb. Laborator analizin  nəticəsi müəyyən olunduqdan sonra tərəfimizdən əlavə məlumat veriləcək” - Q.Ağayev qeyd edib.