Xətai rayonunda "mygov" platformasının təşfiqinə dair maarifləndirmə tədbirləri davam edir
Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu!
Qəbələdə ölkənin ən böyük qastronomiya tədbiri baş tutdu - Qastronomiya Sammiti 2026
İSMAYIL ZALOVDAN SƏBİNƏ ƏLİYEVAYA TƏBRİK: İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ SAHƏSİNDƏ ETİMAD VƏ MƏSULİYYƏTİN YENİ MƏRHƏLƏSİ!
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Xalq artisti vəfat etdi
Azərbaycanın teatr ictimaiyyətinə ağır itki üz verib.
Mədəniyyət Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, uzun illər Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında fəaliyyət göstərmiş tanınmış aktyor, Xalq artisti, Prezident təqaüdçüsü Tofiq Mövləvi mayın 24-də, ömrünün 86-cı ilində vəfat edib.
Tofiq Mövləvi 1 iyul 1938-ci ildə Naxçıvan şəhərində teatr aktyoru və rejissoru Səməd Mövləvinin ailəsində dünyaya göz açıb. 2014-cü ilədək – 60 il burada çalışıb, Azərbaycan və dünya dramaturqlarının əsərləri əsasında hazırlanan tamaşalardan 100-dən çox müxtəlif xarakterli obraza həyat verib.
Səhnə fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilən Tofiq Mövləvi 1974-cü ildə muxtar respublikanın, 1987-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artist”i, 2008-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Mədəniyyət Nazirliyinin kollektivi tanınmış səhnə xadiminin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.























































