Xəbər Lenti
22-08-2026, 21:13
Hacı İldırım Allahyarov – Masallının "İstisu" sanatoriyasının inkişafına töhfə verən iş adamı
21-08-2026, 15:39
Binəqədidə sensasion iddia: Ramil Abasovun təyinatı ətrafında 200 min manatlıq rüşvət qalmaqalı
20-08-2026, 20:00
Astana görüşləri: Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Qazaxıstan Ali Məhkəməsində — ədalət, şəffaflıq və insan hüquqlarına həsr olunmuş mühüm görüş
Azad edilmiş rayonlarda yeni yaradılmış iş yerlərinin sayı açıqlandı

2024-cü ilin I rübündə işğaldan azad edilmiş rayonlarda 292 yeni iş yeri yaradılıb.
Oxu.Az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə artıb. Belə ki, 2023-ci il I rübündə işğaldan azad edilmiş rayonlarda 101 yeni iş yerləri yaradılıb.
Qeyd edək ki, cari ilin yanvar-mart ayları ərzində ən çox yeni iş yeri Laçın və Cəbrayılda yaradılıb. Belə ki, hesabat dövründə Laçında 152, Cəbrayılda isə 32 yeni iş yerləri yaradılıb.
Xatırladaq ki, hesabat dövründə azad edilmiş rayonlarda 54 yeni müəssisə və təşkilat yaradılıb.
Aşağıdakı cədvəldə 2023-ci ilin I rübündə və 2024-cü ilin I rübündə yeni yaradılmış iş yerlərinin sayı verilib:
























































