Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu!
İSMAYIL ZALOVDAN SƏBİNƏ ƏLİYEVAYA TƏBRİK: İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ SAHƏSİNDƏ ETİMAD VƏ MƏSULİYYƏTİN YENİ MƏRHƏLƏSİ!
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Yeni rektor kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Şahin Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilərək Qarabağ Universitetinin rektoru təyin edilib.
“Qafqazinfo”nun məlumatına görə, iqtisad üzrə fəlsəfə doktoru olan 1979-cu il təvəllüdlü Ş.Bayramov uzun müddətdir təhsil sahəsində çalışır.
O, Mingəçevir şəhər Təbiət, Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə qəbul olunub. Daha sonra İqtisad Universitetinin magistraturasına və müvafiq olaraq doktoranturasına qəbul olunub.

2005-2016-cı illərdə İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasında baş laborant, müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb.
Müxtəlif illərdə İqtisad Universitetinin Biznesin idarə edilməsi üzrə magistr (MBA) proqramında menecer, Distant və əlavə təhsil mərkəzində şöbə müdiri vəzifələrində işləyib.
2012-2017-ci illərdə İqtisad Universitetinin Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsində fəaliyyət göstərib. 2017-2019-cu illərdə isə Təhsil Nazirliyində Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsini icra edib.
Azərbaycan Prezidentinin 31 iyul 2019-cu il tarixli Sərəncamı ilə Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.


























































.png)