Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

COP-29
19-11-2024, 08:04

COP-29

20 May 16:47Manşet / Cəmiyyət

Yorulmaz fəaliyyətin nəticəsi

 

Təhsil ölkənin beynəlxalq aləmdə rolunu müəyyən edən əsas amillərdən biridir. O maddi-mənəvi dəyərlərin və strateji gücün göstəricisidir.Təhsil, bilikinsanı güclü, qüvvətliedir. Hətta elmli, savadlı insanla yol yoldaşı, həmsöhbət olmaq da insana xüsusi zövq, rahatlıq verir. Sözsüz ki, elmin, biliyin bünövrəsi, təməli ailədə qoyulur. Sonrakı mərhələlər isə onu inkişaf etdirib formalaşdırır, püxtələşdirir. Əlbəttə, bu prosesdə ən böyük rol oynayan müqəddəs məkan bildiyimiz  məktəblərdir...  


Təhsilimizin inkişafı üçün dayanmadan çalışan pedqqoqlar sırasında Şərqi Zəngəzur təhsil idarəsi Laçın rayon təhsil sektoru üzrə Laçın rayonu 18 nömrəli tam orta məktəbin direktoru Təyyar Xansuvar oğlu Xankişiyevin adı çalışdığı kollektivdə qürurla çəkilir. O, peşəsini sevir, işinə məsuliyyətlə yanaşır. Təyyar müəllimlə tanışlığım uzun müddətdir ki, dostluğa çevrilib. Fəaliyyətə başladığı ilk gündən çalışıb ki,  direktor kimi tabeliyində olan bütün müəllim kollektivinə nümunə olsun. Vəzifəsinə ciddi məsuliyyəti, əməksevərliyi, vətənpərvərliyi kollektivə qarşı səmimi, mühriban münasibəti onun pedaqoji biliyinin zənginliyindən xəbər verir. Həyatını bir gün də olsun  məktəbsiz və uşaqlarsız  təsəvvür edə bilməyən Təyyar  müəllimin sənətinə, peşəsinə olan vurğunluğu  səmərəli pedaqoji  fəaliyyətində ona güc, qüvvət, işinə sonsuz məhəbbət vermişdir.  Bu həvəs və məsuliyyət ona uğur qazandırmış, onu hər zaman üzüağ, alnıaçıq  etmişdir. Müəllim adının şərəfini və  ləyaqətini hər zaman uca tutan, "İnsan yorulmamalı, zamanın nəbzini tutmalıdır" deyən  Təyyar Xankişiyev  həyat  enerjisi ilə çalışır.  "Uğur qazanmaq istəyirsənsə daim axtarışda ol, zamanla ayaqlaş" - onun bu sözləri pedaqoji  fəaliyyətinin leytmotivlərindən biridir. 
Onun öz kollektivi və şagirdlərinin valideynləri ilə düzgün və hörmətli münasibəti, təlim prosesi zamanı yaradıcı olması, qarşıya çıxacaq çətinlikləri öncədən görməsi və təlim fəaliyyətinin istiqamətləndirməyi bacarması başqa direktorlar üçün xüsusi bir örnəkdir.  Ciddilik və mərhəməti, mülayimliyi düzgün şəkildə uzlaşdırır. Onun xüsusi ilə də Qarabağ müharibəsi əlillərinin övladlarına göstərdiyi qayğı və diqqət təqdirə layiq bir  hərəkətdir. Təyyar  müəllim məktəbdə gözəl nizam -intizam  yaratmış və şagirdlərə əsl ata qayğısı göstərir. Fəxr edirəm ki,  əsl vəzifə borcunu vicdanla yerinə yetirən,  vətənpərvər dostum  Təyyar müəllim  kimi  direktorumuz  var. 
Rəhbəri olduğu Laçın rayonu 18 nömrəli tam orta məktəbdə keçirilən maraqlı tədbirlər, görüşlər, gecələr, müsabiqələr Təyyar müəllimin kollektivdə yaratdığı böyük ruh yüksəlişinin, xoş, səmimi mühitin  nəticəsidir. Direktor kimi  tədbirlərdə geniş, məzmunlu çıxışları kollüektivin hər bir qzvündə məsuliyyət hissini

 

gücləndirir, onlar şagirdlərlə, vlideynlərlə münaaibətini qarşılıqlı hörmət, səmimiyyət zəminində qurmağa çalışır. Təyyar Xankişiyev məktəbin hər bir müəlliminə birinci növbədə dərslərin keçirilməsinə yaradıcı mövqedən yanaşmağı, qabaqcıl iş təcrübələrini öyrənməyi, yeri gəldikcə onlardan iş təcrübəsində istifadə etməyi, şagirdlərlə xoş ünsiyyətdə olmağı, onlarda təlimə maraq oyatmağı tövsiyə edir. Təyyar müəllim məktəbdə ilk gündən milli və hərbi vətənpərvərlik tərbiyəsinə də çox ciddi yanaşır. O, hər bir müəllimə ümummilli liderimiz Heydər Əliyevin “Milli, mənəvi dəyərlərimizi, tariximizi yaxşı bilməyəcən gənc vətənpərvər ola bilməz” kəlamını özünün devizi etməyi tövsiyə edir. Gənc olmasına baxmayaraq kreativ düşüncəsi ilə digər həmkarlarından fərqlənən bu direktorla müsahibə aparmaq  istəyi məndə xeyli vaxt idi ki, yaranmışdı.Laçın rayonu 18 nömrəli tam orta məktəbin direktoru Təyyar Xansuvar oğlu Xankişiyevin müsahibəsini təqdim edirəm. “-Mən Təyyar Xansuvar oğlu Xankişiyev1985-ci il dekabrın 28-də Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonu Daşlı kəndində dünyaya göz açmışam. Ailədə dörd qardaş olmuşuq.  Rəhmətlik Atam hərbi hazırlıq müəllimi işləyib. Onun bir çox şagirdləri hazırda yüksək rütbələrdə, vəzifələrdə  çalışır. Aprel döyüşlərində, II Vətən müharibəsində böyük uğurlara imza atmış şagirdləri də çoxdur.  Eyni zamanda şagirdinin biri də mənim kiçik qardaşım Xankişiyev Ceyhunddur.  O hazırda  ordu sıralarındadır. II Vətən müharibəsində göstərdiyi şücaətə görə ona Prezidentin, Baş Nazirin, Müdafiə Nazirliyinin  ordenləri təqdim edilib.  Qardaşım Ceyhun yaxşı döyüşçüdür. Çünki o, atamdan dərs alıb. Atam hərbi müəllim olub. Fəxr edirəm ki, qardaşım da hərbiçidir. Anam ibtidai sinif müəllimidir. Bitib-tükənmməyən xatirələrlə dolu olan məktəb illəri məmim ömür kitabımın ən yaddaqalan səhifələrindəndir.  2003-cü ildə orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycan Beynəlxalq Universitetinin riyaziyyat və informatika fakultəsinə qəbul oldum. 2009-cu ildə Laçın rayonu 21 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyətə başlamışam. Müəllim işlədiyim dövrdə riyaziyyat fənni üzrə şagirdlərim yüksək uğurlar və naliyyətlər qazanıb. Tədris müddətində daim şagirdlərimə vətənpərvərlik hisslərini aşılmağa çalışmışam. Müəllim peşəsinə hörmət qazandırmaq, onun adına şərəf gətirmək mənim ömrümün mənasını təşkil edir. Mən şagirdlərimə riyaziyyat fənnini öyrətməklə  yanaşı, fənni sevdirməyi, şagirdlərə aldığı bilikləri həyatda  da tətbiq etməyi öyrətmişəm. Hər bir fənn müəllimi pedaqoji ustalıqdan elə məharətlə istifadə etməlidir ki, şagird üçün birinci, ya ikinci dərəcəli fənn olmasın. Bütün fənləri eyni maraq və həvəslə öyrənsin.


2023-cü ildən Laçın rayon  18 nömrəli tam orta məktəbin direktoru kimi  fəaliyyətə başlamışam. Fikrimcə, bu günün məktəb direktoru kreativ düşüncəyə malik, yeni təşəbbüslərin reallaşdırılmasında önəmli rol oynamaqla yanaşı, ətrafına peşəkar, yaradıcı müəllimlərdən ibarət bir komanda toplayaraq müasir təhsilimizin inkişafına öz töhfələrini verməyi bacarmalıdır. Məhz mən işimə bu cür yanaşıram. Direktor kimi fəalliyətə başladığım ilk gündən nəzarətimə götürdüyüm ən vacib məsələ məktəbdə nizam-intizamın gücləndirilməsi, hər bir kəs tərəfindən bu qaydalara ciddi əməl edilməsi, məsuliyyət hissinin artırılması oldu. Artıq bununla bağlı müəyyən irəliləyişlər hiss olunmaqdadır. Məktəb direktoru olmaq, onu idarə etmək çox məsuliyyətli işdir. Direktor kimi fəaliyyətə başladığım müddətdə irəliləyişlər, uğurlar  çox olub. Bir çox mötəbər  tədbirlərdə, olimpiyadalarda, yarışlarda yüksək nəticələr göstərən şagirdlərimiz çox olub. 9-cu sinifdə  buraxılış imtahanında 200-dən çox bal toplayan,  2023-2024-cü tədris ili üzrə buraxılış imtahanında yüksək nəticə göstərmiş 11-ci sinif şagirdlərimiz çoxdur. Laçın rayon 18 nömrəli məktəbin ictimai fəallıqları ilə fərqlənən şagirdləri, sosial layihələr və tədbirlərdə nümayiş etdirdikləri bacarıqlarına görə    "Təşəkkürnamə" ilə təltif olunublar.İstər müəllim, istər direktor kimi  məqsədimiz gələcəyə vətənpərvər övladlar yetişdirməkdir. Müharibə dönəmində şəhid ailələlərinə, qazilərimizə, əsgərlərimizə yardım göstərməkdə yaxından iştirak etmişəm.Vətənpərvərlik tədbirlərində, dövlətimizin xeyrinə görülən işlərdə  hər zaman yaxından iştirak etmişəm və edəcəm də.   Rəhbəri olduğum məktəbin  müəllim və şagird kollektivi  vətənpərvərlik tədbirlərində də yaxından iştirak edirlər.  Tarixi zəfərimizin başlanğıcı olan  Aprel döyüşlərində həyatını itirmiş cəsur döyüşçülər Şəhid Kapitan Elçin İsmayılov və Şəhid Babayev Fərhad Məhərrəm oğlunu yad etmişlər.  Məktəblilər çıxış edib, qəhrəmanlarımıza həsr olunmuş şeirlər söyləmişlər. Bu gün əminliklə deyə bilərəm ki, Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir və ölkəmizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olan yüksək hazırlığa malikdir. Direktor kimi çalışdığım məktəbdə yüksək nizam-intizam, səliqə-səhman hökm sürür. Məktəbimizdə yüksək ixtisaslı müəllimlər çalışır. Müəllimlər və şagirdlər vahid geyim formasında məktəbə gəlir.Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV qrant müsabiqəsi  Layihəsi üzrə “Situasiyalara Hazır Olaq! adlı kitabın ərsəyə gəlməsində mənim də zəhmətim vardır. Laçın rayonundan bu kitabı ərsəyə gətirmək üçün beş nəfər müəllim seçilmişdir. Onlardan biri də mən olmuşam.  Dövlətimiz və xalqımızın gələcəyi naminə saglam və güclü ruhda gənclərin yetişdirilməsi istər müəllimlərin, isstərsə də  valideynlərin mənəvi borcudur!. Mən hesab edirəm ki, peşəkar insan daima öz üzərində işləməli, müxtəlif inkişafetdirici proqramlarda, görüşlərdə, konfranslarda

 

iştirak etməli, peşəkarlığın inkişafı üçün geniş imkanlardan istifadə etməyə çalışmalıdır.Biz ömürboyu öyrənmə dövründə yaşayırıq, özümüz peşəkarlığımızı inkişaf etdirmək üçün qarşımıza məqsədlər qoymalıyıq və onları reallaşdırmalıyıq. Qərb ölkələrində deyirlər ki, əsl lider düzgün qərarları düzgün vaxtlarda verməyi bacaran yox, başqalarına düzgün qərarları düzgün vaxtlarda verməyi öyrədəndir. Mənim üçün səmərəli liderlik iki mərhələdən ibarətdir: mühüm qərarları verməyi bacarmaq və birlikdə iş zamanı həmin bacarığı komandamın üzvləri arasında inkişaf etdirmək”. Kollektiv arasında dərin hörmət qazanan  Laçın rayonu 18 nömrəli Təyyar Xankişiyevin  tale yolu əsl insanlığa xas olan nəcib amallarla mənalanıb. Hər bir şagirdinə  xüsusi həssaslıqla yanaşır Təyyar Xankişiyev.   Bundan başqa, rəhbəri olduğu kollektivdə daim demokratik sağlam mühit formalaşdıraraq kollektivin sevimlisinə çevrilib.Qarşıda isə ömrün arzu, ümid, sevinc dolu nə qədər günləri var. Ömrünü təhsilimizin inkişafına həsr edən 18 saylı məktəbin bütün kollektivinə, başda Təyyar müəllim olmaqla uğurlar diləyəyirik.   Neçə-neçə   yetirməsinin, şagirdlərin  qəlbində özünə məhəbbətdən heykəl qoyan bu sadə, səmimi insana uzun ömür, cansağlığı arzu edirik.


Şamil Cəfər

Ulusestv.az xəbər portalının rəhbəri