Xəbər Lenti
31-08-2026, 15:27
31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
30-08-2026, 17:10
İSMAYIL ZALOV: AZƏRBAYCANDA SÖZ AZADLIĞI, DEMOKRATİYA VƏ İNSAN HÜQUQLARININ QORUNMASI DÖVLƏT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
ABŞ-nin keçmiş prezidenti Donald Tramp İsrailin etdiyi kimi ölkədə “Dəmir günbəz” raketdən müdafiə sistemi yaradacağına söz verib.
O, Minnesota ştatında Respublikaçıların tədbirində çıxışı zamanı müvafiq bəyanatla çıxış edib.
“Ölkəmizin üzərində “Dəmir günbəz” tikəcəyik. Bu, ABŞ üçün təhlükəsizlik şəbəkəsi olacaq. Oxşar sistem İsrail dövlətinin qorunmasında böyük rol oynayır”, - deyə Tramp bildirib.
“Əgər onlarda (israillilərdə) bu olmasaydı, İsrail də olmazdı. Bizim də eyni müdafiə sisteminə ehtiyacımız var”, - o əlavə edib.
Tramp belə bir sistemin yaradılmasının ABŞ-lilər üçün yeni iş yerləri yaradacağını da bildirib.
Mənbə: Oxu.az























































