Azərbaycan Respublikasının Konstitusiyası Ulu öndər Heydər Əliyevin tarixi xidmətidir-Könül Nəbizadə
Rəsmi Bakı Fransanı BMT-nin İnsan Hüquqları Komitəsinin tövsiyələrini yerinə yetirməyə çağırdı
Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyev dövlət bayrağımızı zirvəyə ucaltdı-Könül Nəbizadə
Bakıdan Avropa İttifaqına ünvanlanan mesaj - “Kaspi”nin TƏHLİLİ
Slovakiyanın Baş naziri Robert Fitso mayın 7-də, Bolqarıstan Prezidenti Rumen Radev isə bir gün sonra Azərbaycana səfər edərək Prezident İlham Əliyevlə geniş gündəliyə söykənən müzakirələr apardılar. Fitsonun və Radevin səfəri zamanı imzalanan sənədlər və verilən bəyanatlar, o cümlədən Slovakiya baş nazirinin üzvü olduğu Avropa İttifaqını Bakıdan tənqid etməsi diqqətdən kənarda qala bilməzdi. Bu tənqid Azərbaycanla Qərb siyasi sisteminə daxil olan bəzi ölkələr arasında gərginləşən münasibətlər fonunda daşları yerinə oturtdu. Slovakiyanın niyə belə bir xətt tutduğunu və nəyə görə Azərbaycanı dəstəklədiyini izah etməyə ehtiyac yaranır.
“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:
Slovakiyanın xarici siyasətinə qısa baxış
Slovakiya xarici siyasətinin və təhlükəsizlik perspektivlərinin davamlılığına birbaşa təhlükələrin proqnozlarını hesablayan ölkədir. Slovakiya hökumətinin xarici siyasət, təhlükəsizlik və enerji siyasətinə diqqət yetirməsi onun suveren yanaşmalarını əks etdirir. Rəsmi Bratislavanın strategiyası daxili mühit və xarici istiqamətlər arasında qarşılıqlı əlaqələrlə ölkənin xarici siyasətini müəyyən edir.
Ölkə institusional olaraq Avropa İttifaqının ümumi siyasi və iqtisadi məkanında lövbər salıb. Üstəlik NATO-nun möhkəm təhlükəsizlik təminatları Slovakiya Respublikasının və onun vətəndaşlarının maraqlarının təmin edilməsi üçün optimal və keyfiyyətli çərçivə yaradır. Bununla belə, Slovakiya bir dövlət olaraq həyati maraqlarını düşünür və zamanla Qərbin bəzi siyasi addımlarına qarşı çıxır. Misal üçün, Slovakiya Avropa İttifaqının üzvü kimi qurumu tənqid edən ölkələrdəndir. Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı sanksiyalara səs verməkdən imtina etməsə də, proseslərin Slovakiyaya təsirlərini göstərən strateji təhlilləri ön plana çəkir.
Fitso Bakıda Avropa İttifaqını “vurdu”
Robert Fitsonun Prezident İlham Əliyevlə mətbuata birgə bəyanat zamanı belə bir mövqe səsləndirməsi diqqət çəkdi: “Avropa İttifaqının üzvü olan ölkənin nümayəndəsi kimi deyə bilərəm ki, Avropa İttifaqı ara-sıra digərlərinə təlimat verməyi xoşlayır. Mən isə siyasi təcrübəmdə heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmamağa üstünlük verirəm”.
Fitsonun bəyanatı onun Əliyevin xarici siyasətini bəyənməsi ilə əlaqədar ifadə etdiyi cümlələrin ardınca gəldi. Yəni Fitso Avropa İttifaqındakı bəzi dairələrin Azərbaycanla əlaqələri nəzərə almamasını kəskin tənqid etdi və Bakının regional arxitekturadakı əhəmiyyətli yerini vurğuladı. Bu, Azərbaycanın qonşularla və tərəfdaşlarla münasibətləri, regional əməkdaşlığı bərabərtərəfli hüquq əsasında qurmaq strategiyası ilə uyğunluq təşkil edən mövqedir.
Silahlarla müdafiə güclənir
Azərbaycan enerji resursları ilə bərabər, hərbi potensialı ilə ənənəvi olaraq fəal beynəlxalq əməkdaşlıqda olduqca maraqlıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev mətbuata birgə bəyanat zamanı Azərbaycanın Avropa İttifaqı ilə imzalanmış qaz və enerji sahəsində strateji tərəfdaşlıq Bəyannaməsini icra etdiyini dedi.
Bununla yanaşı bildirdi: “Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq başlayıb. Eyni zamanda, bizim genişmiqyaslı yaşıl gündəliyimiz də icra edilir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması bizə qaza qənaət etmək imkanı yaradacaq və təbii ki, bu qazın əsas istiqaməti və əsas ünvanı Avropa olacaq”.
Slovakiya da Azərbaycanın coğrafi mövqeyinin onun strateji yerləşməsinə nə qədər təsir etdiyini anlayır. Belə vəziyyət Azərbaycanın xarici siyasətinə daimi təsir göstərən amillərdən biridir və Bratislavanın yanaşmaları ilə oxşarlıq təşkil edir.
Oxşarlıqları ikitərəfli əlaqələrin perspektiv təhlükəsizlik rejiminə salmaq üçün Azərbaycanla Slovakiyanın müdafiə sahəsində də əməkdaşlığına ehtiyac yaranır. Buna görədir ki, baş nazirin səfəri çərçivəsində iki dövlət arasında “Müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalandı.
Baş nazir yerli mətbuata müsahibəsində saziş üzrə bəzi detalları açıqlayıb: “Slovakiyada müdafiə sənayesinin inkişafını dəstəkləmişəm. Cənab Prezidentlə bəzi layihələri müzakirə etdik. Texnologiya Slovakiyadan və maliyyə Azərbaycandan olacaq. İstehsal ediləcək silahlar ya ixrac olunacaq, ya da Azərbaycanda qalacaq. Bildiyimiz kimi, Ukraynadakı müharibə parametrləri tamamilə dəyişib. Hazırda silahlarla bağlı ciddi çatışmazlıq var. Bunu edə bilsək, hər iki ölkə üçün faydalı olacağını düşünürəm”.
Bu saziş, göründüyü kimi, qanuni silah ixracı üzrə Azərbaycanın yerini Slovakiya xammalı hesabına daha da möhkəmləndirəcək. Slovakiya ilə imzalan sənəd göstərir ki, Bakı ilə Bratislava gələcək təhdidlərin təzahürlərinə qarşı müştərək müstəsna hüquq qazanmağı hədəfləyirlər.
Bu, Azərbaycanın Avropa İttifaqı arenasındakı prioritetlərini və maraqlarını təmin etməyə yönəlik əlavə dəstək paketi olaraq qiymətləndirilə bilər.
Göründüyü kimi, Azərbaycanla Slovakiya xarici siyasətlərindəki dəyərləri, maraqları qarşılıqlı hörmətə əsaslanan meyarlar üzərində qururlar. Bakı ilə Bratislava arasındakı bu dinamika onların beynəlxalq təşkilatlarda və qlobal siyasi münasibətlərdə bir-birilərinə dəstək baxımından önəmə malikdir.