Menu
Xəbər Lenti
COP 29-da Qadın Həmrəyliyi
23-11-2024, 16:53

COP 29-da Qadın Həmrəyliyi

10 May 10:43Manşet / Gündəm

NƏ TEZ BİTDİ BU ÖMÜR?!

 

Millət Vəkili Akademik Nizami Cəfərovun məsləhətçiyli ilə “Dəyişən dünyanın dəyişməz insanları” layihəsində

Talelər yarıda qırıldı, qülşən yurdlar yağmalandı virana döndü, qəlblər qırıldı virana döndü, bu qaçhaqaçda, köçhaköçdə. Həsrət-həsrətə qarışdı. Yurd həsrəti, tərk edilmiş məzarların həsrəti, yollarda, qovhaqovlarda itkin düşənlərin həsrəti. Bu müharibədə xəyanətlər də çox oldu, igidliklər, mərdliiklər də. Elə bu qəhrəmanlıqlar səbəbinə çətin də olsa ayaqda dura bildik. Biz əzəldən döyüşləri uduzduq. Uduzduq deyəndə bir az yaxşı səslənmir, söhbət 80-ci illərin sonu 90-nın əvvəllərindən gedir. Heç nəyə hazır olmayan insanlar nə edə bilərdi?! Düşmən xain, əclaf, məkrli idi. Arxadan vuran namərdə şirin yuxuda olan əliyalın insanlar nə edə bilərdi?! Bizim Azərbaycanlı olaraq çox özəlliklərimiz mövcuddur. Onlardan birincisi, əsası babalardan miras qalmış torpağa olan bağlılıq və Vətən, namus, qeyrət və milli qurur dominatlığımızdı.
Zəmanəmizin 20 yaşlı qəhrəmanı
Biz Vətəni namusumuz bilirik. Çünki Analarımız, bacılarımız burdadı, bu torpaqdan güc alıb aslan igidlər bəxş edirlər dünyaya. Dədəmiz Qorqud boylarında türk oğlu türkü dünyaya gətirən tütk Anası oğlunu əzizləyəndə də, qarğayanda da türk adına, türk böyüklüyünə layiq qarğayır. Ana qarğışı elə alqış kimidi. Türk anası "səni qızıl gülləyə gələsən" söyləyir. Demir öləsən, yox olasan. Bu bizim bir millət olaraq döyüşkən, mərd özəlliklərimizdən irəli gəlir, ana südü ilə damarlarımıza hopur. İstər 90-cı illərdə, istər sonralar bu genetik , qanımıza hopmuş torpaq, Vətənsevərlik duyğusuna qarışmış şərtsiz Vətən sevgisi çox şey dedi, torpağa görə şirin candan keçmə eşqi oldu bizim yol bələdçımız. Bu şərtsiz sevgi sayəsində, Allah eşqi ilə qarışmış bu sevgi sayəsində biz azad olduq. Bu sevqi bizim mücadilə tariximizin qəhrəmanlarını bir yerə topladı. Şeytanın başını dibindən üzən millətin övladlarıdı onlar. Türk yaddaşı heç zaman pozulmaz. Babaların ölməz ruhu həmişə onlarların, igidlərimizin yanındadı. 1988-90-cı , 2020, 21, 22, 23-cü ilədək davam edən zaman müstəvisində, zəmanəmizin tarixini yazan qəhrəmanları "Vətəndən pay olmaz" , "Vətən bölünməz" hayqırtısı ilə cihada qatıldılar. Allahın dərkində yüz il utanc hissi ilə yaşamagı deyil, bir gün azad yaşamağı seçdilər. Alnıaçıq, üzüağ yaşamağı seçdilər.
Zəmanəmizin 20 yaşlı qəhrəmanı
Özündən sonra böyük bir şücaət dastanı qoydu. 20 yaşında ucaldığı zirvə zaman məfhumu baxımından tarixlərin yaddaşına hoparaq öz müasirliyini həmişə qoruyub saxlayacaqdır. Qərinələr əsrlərə çevriləcək. Nəsillər bir-birini əvəzləyəcək, yalnız onlar qalacaq tarixin yaddaşında. Tarixə dönmüş, tarix yazan şəhid qəhrəmanlarımız. Bu məmləkətin azadlıq mücahidləri 2020-ci ilin azadlıq zəfər tarixinin yaradıcıları. 18 yaşdan başlayaraq, fərq eləməz yaşlarının azlığı, çoxluğu onların mükəmməl insan olaraq özünüdərkinə mane olmadı. Onlar hər biri bu vətən üçün yarananlardan idi, onlar hamısı Tanrı tərəfindən yer üzünə göndərilmiş xilaskarlar idi. Yaşlarında fərq olsa da (şəhidin yaşı olmur) əqidələri və ruhları əkiz qardaşlarımız idi. 2020-ci il mayın 10-da Yardımlının Dəlləkli kəndində dünyaya göz açdı. Ailənin sonbeşiyi oldu. Anası Rübabə xanımın əziz-gilaməsi, neçə yaşınadək anasının isti nəfəsinə, sinəsinə sığınaraq yatırmış. Anasına meylini çox salmışdı. Təzə-tər bənövşələrə deyilən şeirlər:

Oğlum, ayaq saxla bir az asta gəz,
Burda Zahid adlı bir oğul yatır.
Həyatdan doymamış, sevgi görməmiş,
Burda Zahid adlı qəhrəman yatır...


Azərbaycan uğrunda, torpağ yolunda vuruşub şəhid olanların ürəyindən yazmaq lazımdır. O ürəkdən ki, onlar Vətən boyda anlam daşıdılar. Bunun üçün də şəhid oldular. Zahid körpə yaşlarından qeyri-adi davranışları ilə diqqət çəkən uşaq olmuşdur. Bacısı ilə məktəbə gedərkən palçığa düşmüş bayrağı qaldıraraq təmizləyərək cibinə qoymuşdur. Hətta, bacısının təmiz paltarını palçığa bulaması iradına belə baxmadan bayrağı təmizləyərək əzizləmişdi. Zahidin nümunəvi əxlaq modelinin necə düzgün formalaşması demək deyildimi bu?! Artıq kiçik yaşlı bir məktəblidə özünüdərk kamillik formalaşmışdı. Bu isə müdrikliyin astanasında olmaq deməkdir. Müdriklik yaşla ölçülməz. Bu tamamilə yalnış baxışdı. Təcrübələrimizdə o qədər saçı ağarmış, yaşının çoxluğuna baxmayaraq müdrikliyin heç astanasına belə çatmayanları görmüşük. Müdriklik İlahi nurunun qəlbə dolmasıdı, Allahı içində görməkdi müdriklik. Zahid məhz gənc yaşlarında o biri əqidədaşları kimi Allahı içində gəzdirənlərdən idi. Onu tanıyanlar çox mərhəmətli, səxavətli, hissiyatlı, həssas bir qəlbə malik olmağından söhbət açırlar. Onun yardımsevər, heyvansevər olması bir çoxlarına nümunə kimi qiymətləndirilib. Bir İlahi zənginlikdi bütün bu sadalananlar. Zahid uşaqlıqdan belə idi.

Gözəgörünməz İlahi bir qüvvə onu idarə edirdi sanki. Bu hiss, bu kamil hərəkətlər ancaq və ancaq Tanrının öz seçdiyi bəndələrində təzahürünü tapır. Hər bir şəhidin, vətən mücahidinin həyatına vardıqca sözün yaxşı mənasında həyəcan hissi yaşamağa başlayırsan. Bir daha əmin olursanki bu dünyanı idarə edən gözəgörünməz, İlahi bir qüvvə var, var əzizlərimiz, Tanrı onların hər birinə bir özəllik, bir fərqlilik vermişdi. Hər birini öz İlahi nuru ilə şərəfləndirmişdi. Ona görə idi, onların hansına baxırsan çöhrələrinə qonmuş İlahi nur gözdən yayınmır. Onların hər biri xüsusi sevgi, eşq ilə vətənə bağlı idi. Dillərində vətən kəlməsi, şərtsiz Allah sevgisinə, dodaqlarında “Kəlmeyi-şəhadət”... Təmənnasız, şərtsiz Allah sevgisi idi bu. Qurban olduğumuz Allah onlardan əsirgəməmişdi. Hələ 4-cü sinifdə oxuyarkən Zahid o, uşaq dünyası ilə o kəlmələri işlətmişdi müəlliminə “Müəllim, mən böyüyəndə gedib torpaqlarımızda döyüşüb şəhidlərimizin qisasını alacam”. Bu Allahdan gələn ifadə idi. Tanrı dedizdirirdi. O, balaca oğlana, gələcəyin böyük qəhrəmanına. Zahid bilirdi getdiyi Yol ağırdı. O, bilirdi bu gedişin qayıdışı ola da bilər, olmaya da bilər. Zahid bunlara tam hazır idi. Çünki, bu ağır yolu o özü seçmişdi, daha doğrusu Tanrı seçmişdi Zahidi. Bu vətən sevdalı qəhrəmanı Tanrı yöənltmişdi bu yola.
Vətən mənə oğlu desə nə dərdim,
Mamır olub qayasında bitərdim...
M.Araz

Vətən oğlu, vətən sənə oğlu dedi, öydü bağrına basdı. Çünki, sən vətən üçün doğulmuşdun Zahid. Gerçəkləşən arzuların da bunu deyirdi. Uşaqlıqdan belə arzulamışdın. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək arzusu var idi onun. 2019-cu ildə hərbi xidmətə çağırıldı. AZMİU nəznində İnşaat Kollecinin məzunu idi, xəyalları gerçəkləşdi. Boy-buxunlu idi, yaraşıqlı idi. Güclü bədən qurluşuna malik idi Zahid. Andiçmə mərasimindən sonra seçim müsabiqəsindən qalibiyyətlə çıxdı. Artıq Zahid Zairli Xüsusi Təyinarlı Qüvvələrinin əsgəri idi. Snayper təlimlərində uğur qazanan Zahid “Baş snayperçi” seçildi.


Vətən müharibəsi
Gözlə mənfur düşmən, qəhrəmanlar doğuldu...

Yağışlı, dumanlı payız səhəri, ... qardaş olub yola düzəldik. Onlardan biri də Zahid Zairli idi. 27 sentyabr 2020-ci il, səhərə yaxın Vətən müharibəsinə start verildi. Vətən çağırırdı. Zahid də minlərlə əqidədaşları kimi vətənin çağırışına hay verənlərdən oldu. Murovdağ, Hadrud, Füzuli, Cəbrayıl rayonlarının azad olunmasında qəhrəmanlıqla döyüşdü. Şəhidlərin, yaralıların daşınmasında yaxından iştirak edirdi. Snayperlə onlarla düşmən məhv edən Zahid erməni snayperçilərin diqqət mərkəzində idi...
Vətən mənə oğlu desə nə dərdim,
Mamır olub qayasında bitərdim...
M.Araz

Vətən oğlu, vətən sənə oğlu dedi, öydü bağrına basdı. Çünki, sən vətən üçün doğulmuşdun Zahid. Gerçəkləşən arzuların da bunu deyirdi. Uşaqlıqdan belə arzulamışdın. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək arzusu var idi onun. 2019-cu ildə hərbi xidmətə çağırıldı. AZMİU nəznində İnşaat Kollecinin məzunu idi, xəyalları gerçəkləşdi. Boy-buxunlu idi, yaraşıqlı idi. Güclü bədən qurluşuna malik idi Zahid. Andiçmə mərasimindən sonra seçim müsabiqəsindən qalibiyyətlə çıxdı. Artıq Zahid Zairli Xüsusi Təyinarlı Qüvvələrinin əsgəri idi. Snayper təlimlərində uğur qazanan Zahid “Baş snayperçi” seçildi.


Ölüm sevinməsin qoy...

Oktyabr yeddisi qanlı döyüşlərdən biri... Cəbrayıl və Füzuli arasındakı yüksəkliklərdə gedən döyüşlərdə minaatanın düşməsi nəticəsində Zahid və üç döyüş yoldaşı yaralanır. Yaralanmasına baxmayaraq Zahid özünü itirmir. İradəsi səfərbər edir üç yaralını arxaya göndərərək geriyə döyüş meydanına qayıdır. Bu nə cürət, bu nə şücaətdi? Zahid bu dünyaya qəhrəman olaraq gəlmişdi. Bir daha döyüşlərdə göstərdiyi qorxmazlıq bunu sübuta yetirir. Və, səkkiz nəfərlə birgə mühasirəyə düşür, bu anda da özünü itirməyən qəhrəman, “siz çoxsunuz, risk etməyin mən atacam” söyləyir. Ayağa qalxaraq tüstü bombasını düşmənə tərəf atmaq istəyir, bu anda snayperlə düz ürəyindən vurulur. Bu an xatirimizdə 1941-1945-ci illərin böyük Vətən müharibəsində qəhərmancasına həlak olmuş Mehdi Hüseynzadə canlandı. Adriatik dənizin sahillərində faşizmin o vaxtki nüvəsi İtaliyada kəşfiyyatçı kimi fəaliyyət göstərən “Mixaylo” ləqəbli altında faşist düşmənlərinə qan udduran həmyerlimiz, Azərbaycanın igid oğlu. Başına böyük məbləğdə pul qoyulan Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə. O, da onu gizlədən kənd sakinlərini xilas etməklə həm özünü, həm də bir çox düşməni əlindəki qumbara ilə məhv edir. Tarix təkrarlanır. Ona görə də qətiyyətlə deyə bilərik ki, Babək sağdır, Mehdi sağdır... Hər zaman öz qəhrəmanlarını yaradır. Zahid Zairli isə müasir Azərbaycanın qəhrəman oğlu olaraq adını tarixi qəhrəmanlar sırasına yazdırdı.


İlahi, bu qanun nə qəribədir,
Bir ölüm, min canı xilas eyləyir.
Vətəni uğrunda can verənlərə,
Yaradan cənnəti miras eyləyir.

CAN EY ŞƏHİD

Bu vətən torpağının uğrunda canından keçən Zahid, nə yaşın var idi ki, bu yaşında sən gələcək planlarını qurmaq, sevib-sevilmək duyğusu ilə yaşamalı idi. Sən isə seçimini etdin, şəhidlik. Dəfələrlə öz dilindən eşidilən “Mən şəhid olacam” kəlmələri səni öz məsləkin olan Yola apardı. Kaş ki, bu dünyanın belə acımasızlığı olmayaydı. Kaş Xarıbülbül başına düşən dolu kimi güllədən, barıt qoxusundan, zalımların zülmü ilə ona yad olmuş torpaqda yalqızlıqdan mənən məhv olmayaydı. Nə olar ki, insan-insana qənim kəsilməyəydi. Nə olardı müharibə deyilən bir viranənin adı yığışdırılardı dünyanın dilindən. Nə olaydı sevgi ünvanları sahibsiz qalmayaydı. Bu amansız, insafsız müharibə bu ünvanları sahibsiz qoydu.

Zahid Zairli Tanrının dərkində Allah tərəfindən verilən taleyini yaşadı. Onu tanrı bu cür yaratdı, bu dünyaya əziz qonaq olaraq gəldi, Digər soydaşları kimi ali missiyanı yerinə yetirmək və gəldiyi yerə - Tanrının onun üçün lazım bildiyi yerə Allahın uca dərgahına. Cəmi iyirmi il yaşadı. Bu dünyadakı yolçuluği iyirmi il çəkdi. Zahid Zairli bütün şəhid qardaşları kimi o böyük ucalığa qədəm qoydu, sonsuz əbədiyaşarlıq yoluna. Onlar əbədiyaşarlıq fəlsəfəsinin özüdürlər. Odur ki, şəhidin yaşı olmur. O hər zaman məkanında laməkandı.

Hər kəsə aydındır böyük həqiqət,
Şəhiddən cənnətin qoxusu gəlir.
Bu vətən nə gözəl laylay söyləyib,
Bu qədər igidin yuxusu gəlib...

Yuxunuz şirin olsun, bizim əziz qardaşlarımız. Yuxun şirin olsun, əziz şəhid qardaşımız Zahid Azad oğlu Zahirli.
PS: Nə tez bitdi bu ömür, yerini həsrətə verdi. Gedənlər geri qayıtmır, ancaq bunun Şəhidə heç bir aidiyyatı yoxdur. Şəhid əbədiyaşarlıq fəlsəfəsidir!
Cənnətindəki mövludun mübarək!
O, dünyadakı yaşın bu dünyadakı iyirmi dörd yaşın mübarək.
Ruhuna hörmətlə,

Hörmətlə,
Hürü Hacızadə Fərid Faiqoğlu
Yazıçı-publisist AJB-nin üzvü