Menu
Xəbər Lenti
Paşinyan Fransaya getdi
Bugün, 11:46

Paşinyan Fransaya getdi

Şuşadan ailə - Fotosu
8-11-2026, 21:40

Şuşadan ailə - Fotosu

ZƏFƏRƏ GEDƏN YOL
8-11-2026, 12:53

ZƏFƏRƏ GEDƏN YOL

Xankəndi Stadionu açıldı
7-11-2026, 17:08

Xankəndi Stadionu açıldı

22 Aprel 2024 07:50Manşet / Cəmiyyət

Çiyələk və qaragilə ilə bağlı araşdırma: İnsan orqanizmini nələrdən qoruyur?

ABŞ-dəki Cincinnati universiteti tərəfindən çiyələk və qaragilə ilə bağlı araşdırma aparılıb.
Hər iki giləmeyvənin demensiyadan (unutqanlığın ön planda olduğu bir çox xəstəliyə verilən ümumi bir ad) qoruduğu bəlli olub.
12 həftəlik araşdırma zamanı yüngül idrak pozğunluğu olan 30 şəxs arasında müşahidə aparılıb. 50-65 yaş arası iştirakçıların yarısına gündə çiyələk və qaragilə verilib. İştirakçıların uzunmüddətli yaddaşı, əhval-ruhiyyəsi və metabolik sağlamlığı izlənilib. Çiyələk və qaragilə yeyənlərin yaddaşında güclənmə olduğu, daha çox söz əzbərlədiyi bildirilib.
Təcrübə aparılan şəxslər arasında depressiya meyilliliyi azalıb.
Mənbə: Oxu.az