Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

16 Nis 15:12Manşet / Gündəm / Sosial

XALQIN ƏZİZ MEHRİBANI

 

Hər bir insanın öz həyat yolu var. Bu şərəfli ömür yolunu yaşayarkən, mənəvi dəyərlərə yönələn sevgi, xalq məhəbbətinə çevriləcək bir qüdrətlə təcəlla olundu. Bu qüdrətə, bu ilahi ehtirama layiq görülən, məhz Azərbaycanın toy- bayramla anadan olmasının 60 illiyini qeyd etdiyimiz, böyük mənəvi ali keyfiyyətlərin sahibi, xalqımızın dəyərlərini özündə ehtiva edən bir Xanımdır. Tarixi həqiqətdir ki, vətəni, xalqı üçün çalışan, təmənnasız xeyirxahlığı, humanistliyi həyat amalına çevirən şəxslərin ideyaları, xoş əməlləri gələcək nəsillər üçün nümunəyə çevrilir.

Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva tariximizin şanlı salnaməsinə öz dəstxətti ilə daxil olan belə şəxsiyyətlərdəndir. Xeyirxah əməlləri ilə xalqının sevimlisinə çevrilən Heydər Əliyev Fondunun rəhbəri Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən nəciblik missiyasını şərəflə yerinə yetirir.

Bu gün bütövlükdə dünyanın, insanlığın bəlkə ən çox ehtiyac duyduğu məsələ xeyirxahlıq və mərhəmətdir. Mehriban xanım Əliyeva xeyriyyəçi  lik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərməkdədir. Prezident İlham Əliyevin dövlətçilik ideyalarından güc alan Mehriban xanım Əliyevanın humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq reallaşdırdığı genişmiqyaslı layihələr onu xalqın sevimlisinə çevirib.


 Öz xalqı, dövləti üçün durmadan çalışan insanlar həmişə böyük nüfuz sahibi olublar. Onlar yalnız dünyaya gəldikləri ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün qiymətlidirlər. Mehriban xanım Əliyeva məhz bu statusda olan Azərbaycan qadını, nüfuzlu ictimai-siyasi xadimdir.


M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında silsilə tədbirlər davam  edir » Xezerinformasiya.com

Yüksək mənəvi keyfiyyətlərə malik ziyalı ailəsində dünyaya gələn Mehriban xanım Əliyeva həyat təcrübəsi ilə sübut edir ki, Azərbaycan qadını dünya əhəmiyyətli fəaliyyət göstərə, bir-birindən parlaq uğurlar qazana bilər. Sosial-mədəni həyat sferalarında çoxsaylı təşəbbüslər göstərən, səmərəli layihələr həyata keçirən Azərbaycanın birinci xanımı öz fəaliyyəti ilə bir nümunəyə çevrilib. Mehriban xanım Əliyeva Azərbaycanda birinci xanım ənənəsini yaratmaqla cəmiyyətə və dövlətçiliyə böyük töhfə verir. Bu, Mehriban xanım Əliyevaya həm bir qadın olaraq daha yüksək sosial statusda özünü təsdiq etmək, həm də, ümumiyyətlə, Azərbaycan qadını üçün bir nümunəyə çevrilmək imkanı verib. Bu müddəa kontekstində Mehriban xanım Əliyevanın genişmiqyaslı məhsuldar fəaliyyəti üzərində geniş dayanmağa ehtiyac görürük.


Çağdaş dünyamızda inkişaf etmiş və yüksək mədəniyyətə sahib cəmiyyətlər üçün qadın və gender məsələləri çox aktual hesab olunur. Hətta cəmiyyətin kimliyini bir sıra mütəxəssislər onda qadının oynadığı rolla ölçürlər. Qadın cəmiyyətdə hansı rolu oynaya bilir? Onun ailədə və geniş sosial-mədəni mühitdə, dövlətin idarə edilməsində, qanunyaratmada, icra strukturunda statusu necədir? Bu kimi sualları cavablandırmaqla konkret cəmiyyətin müasirliyi haqqında da fikir bildirmək olar.


Bunlarla yanaşı, qadının istənilən cəmiyyətdə yeri və rolu, sosial-hüquqi statusu adət-ənənə ilə sıx bağlıdır. Qadına hörmətin yüksək olduğu cəmiyyətlərdə saflıq, əxlaq, mənəviyyat və ailə tərbiyəsi də güclü olur. Heç şübhəsiz, Azərbaycan bir cəmiyyət və ölkə olaraq bu məsələdə fəxr edə bilər. Ulu öndər Heydər Əliyev qadınlarla bağlı çox dəyərli fikirlər söyləyib. Onlardan biri belədir: “Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir. Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”.


Olduqca dolğun, dərin və əhatəli fikirlərdir. Xüsusilə Azərbaycanın birinci xanımı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva haqqında düşünəndə, bu müdrik fikirlər yada düşür. Bəli, taleyin xoşbəxtliyidir ki, Azərbaycan xalqının Mehriban Əliyeva kimi övladı, Azərbaycan cəmiyyətinin şansıdır ki, Mehriban Əliyeva kimi qadın nümayəndəsi və Azərbaycan müstəqil dövlətinin uğurudur ki, Mehriban xanım Əliyeva kimi Birinci vitse-prezidenti vardır! Mehriban xanım ailə başçısı, ictimai fəal, mənəvi-əxlaqi dəyər təmsilçisi və dövlət idarəçiliyində yüksək vəzifə sahibi kimi bir nümunədir.


Kərim Tahirov

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor 

Hazırladı: Hacı Pərviz Həsənli