Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
Lavrov: “Qərb Cənubi Qafqazda vəziyyətin sabitləşməsi prosesinə müdaxilə etməyə çalışır”
“ABŞ və onun satellitləri Ermənistan və Azərbaycanın Rusiyanın köməyi ilə əldə etdiyi razılaşmaların yerinə yetirilməsinə xələl gətirməyə çalışırlar”.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Minskdə MDB XİN başçıları Şurası iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, kollektiv Qərb Cənubi Qafqazda vəziyyətin sabitləşməsi prosesinə müdaxilə etməyə çalışır. ABŞ Mərkəzi Asiyada da fəaldır, burada Rusiyaya qarşı müxtəlif formatlar yaradılır.
Lavrovun sözlərinə görə, Rusiyanın strateji müttəfiqləri böyük təzyiq altındadır, buna baxmayaraq, onlar inteqrasiya strukturlarının - Avrasiya İqtisadi İttifaqı, MDB və KTMT-nin əsaslandığı ümumi dəyərlərə və prinsiplərə sadiq qalırlar.
Rusiya XİN başçısı strateji baxımdan Qərb xəttinin uğursuzluğa məhkumluğundan əmin olduğunu söyləyib.





















































