Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
"Ramazan payı" adlı bayram konserti keçirilib. - ƏTRAFLI FOTOLAR

10.04.2024 tarixində Ramazan bayramı münasibəti ilə Azərbaycan Respublikası ƏƏSM Sosial Xidmətlər Agentliyinin tərəfdaşlığı ilə, Bakı şəhərinin Xəzər rayonunda yerləşən 1 saylı sosial xidmət müəssisəsinin sakinləri üçün "Ramazan payı" adlı xeyriyyə tədbiri keçirilib.
Bayram tədbiri təşkilatçı-prodüser Lalə Dadaşovanın, "Nur Organization"-nın rəhbəri Kamran Nurun, "Əkinçi" TEST İB-nin təsisçisi Emin Hacısoy TürkƏrin, "Aran Media Group"-un direktoru Şeyda Əzizovanın, "Mübarizlər" İB-nin sədr müavini Gülnar Nəsiblinin, "EduSun təhsil mərkəzinin" təsisçisi Cavid Şakiroğlunun, "Mübarizlər" idman klubu MMC-nin direktoru Elxan Əhmədovun birgə təşkilatçılığı ilə baş tutub.
Tədbir təşkilatçı Lalə Dadaşovanın başlatdığı "Bir zərrənin sevinci" adlı xeyriyyə marafonu çərçivəsində, aparıcı Zeynəb Kəngərlinin təqdimatında Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilərək, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ilk olaraq, Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Vüsal Hətəmov və xüsusi qayğıya ehtiyacı olanlar üçün xidmət göstərən müəssisənin müdür müavini Murad Qəhrəmanlı çıxış etdilər, tədbir iştirakçılarına öz təşəkkürünü bildirdilər. "AMG" rəhbəri Şeyda Əzizova öz növbəsində mərkəz sakinlərini bayram münasibəti ilə təbrik edib. Daha sonra Millət vəkili Ceyhun Məmmədov, Respublika prokurorluğunun idarə prokuroru Məmməd Əliyev çıxış edərək öz ürək sözləri ilə bölüşüblər.
Bayrama özəl hazırlanmış konsert proqramında Hövsan Mədəniyyət Sarayının "Zəfər" xor kollektivinin ifasında "Ramazan" mahnısı səsləndirilmiş və rəqs nümayiş olunmuşdur.
Konsert proqramında populyar müğənni Rövşən Binəqədili, Zaur Quluzadə, Ağazaman Salamzadə, bəstəkar "Qarabağ bülbülü" Aybəniz Bəhrəmqızı, Aysel Əlizadə, Dağıstanlı müğənni Nadia Mikayıl və "Nağıl Band" musiqi qrupu, Ədalət Abasov, Qismət Osmanov, Əli Fezullayev, Gülnaz Nəbili, Əsnad Əliyeva, Kamal Dadaşov və rəqqasə Amaliya Ağayeva musiqi nömrələri ilə mərkəzin sakinlərini sevindirdilər.
Təşkilatçılar tərəfindən mərkəzin sakinlərinə şirniyyat və meyvələrdən ibarət bayram sovqatları pay olaraq təqdim edilib.
Tədbirin sonunda "Mübarizlər" İB və Aran Media İnformasiya Agentliyi tərəfindən tədbir təşkilatçılarına, iştirakçılara və xüsusi qonaqlara təşəkkürnamələr təqdim olunub, "Əkinçi" TEST İB ailəsinin "EL BİR OLSA" şüarı adı altında xatirə şəkili çəkilib.























































