BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
12 NOYABR – KONSTİTUSİYA GÜNÜ: MÜSTƏQİL AZƏRBAYCANIN HÜQUQİ TƏMƏLİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ MİLLİ SUVERENLİYİNİN TƏNTƏNƏSİ
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
Daha iki tiktoker polis tərəfindən saxlanıldı, biri həbs edildi
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, tədbirlərlə 1998-ci il təvəllüdlü, “Tiktok”da “Po jizni Cesi” ləqəbi ilə tanınan Cəsarət Cavadov, 1996-cı təvəllüdlü, “Roşka” ləqəbi ilə tanınan Rövşən Süleymanov saxlanılıblar.
Müvafiq qərarla C.Cavadov 30 sutka inzibati qaydada həbs edilib.
R.Süleymanov barəsində araşdırmalar davam etdirilir. Onun da əməllərinə hüquqi qiymət veriləcək.
“Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxsləri bu əməllərindən çəkinməyə çağırırıq”, - DİN-in məlumatında deyilir.
Xatırladaq ki, bundan öncə “Miri” adı ilə tanınan Mirnamiq Mirələmzadə internetdə yayılması qadağan edilən məlumatlar paylaşdığına görə, “Magerramoff” ləqəbli Əmrah Məhərrəmov isə sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik nümayiş etdirdiyinə görə saxlanılıblar.























































