Xəbər Lenti
Dünən, 12:15
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
21-10-2026, 13:26
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
21-10-2026, 12:14
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
21-10-2026, 11:54
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
28 Yanvar 2023 19:17Hadisə
“Papanin” və “Kubinka”da narkotik vasitələrin satışı ilə məşğul olan 13 nəfər saxlanılıb
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində - Cəlil Məmmədquluzadə, Naxçıvani, Asəf Zeynallı və Namiq Məlikov küçələrində növbəti əməliyyatlar keçiriblər.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Əməliyyat tədbiri zamanı qeyd edilən ünvanlarda narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 13 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək, metamfetamin və satışı qadağan olunan psixotrop tərkibli həblər aşkarlanıb. Saxlanılanlar narkotik vasitələri şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Əməliyyat nəticəsində tutulan şəxslərdən bəzilərinin gənclər və yeniyetmələr arasında narkotik vasitələrin təbliği ilə məşğul olduqları da müəyyənləşdirilib.
Faktlarla bağlı toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.