Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
Messinin qolu komandasına xal qazandırdı
ABŞ-də MLS-in növbəti turunda “İnter Mayami” doğma meydanda “Kolorado Rapids”lə 2:2 hesablı heç-heçə edib.
45-ci dəqiqədə qonaqların braziliyalı hücumçusu Rafael Navarro 11 metrlik zərbədən fərqlənib. İkinci hissədə meydana daxil olan argentinalı hücumçu Lionel Messi matçda hesabı bərabərləşdirib. 60-cı dəqiqədə Leonardo Afonso meydan sahiblərini hesabda irəli çıxarıb. 88-ci dəqiqədə isə koloradolu Koul Basset matçın yekun nəticəsini müəyyənləşdirib - 2:2.
Qeyd edək ki, Messi üçün bu oyun zədədən sonra ilk olub. İkinci hissədə meydana “Barselona”nın daha iki keçmiş futbolçusu Jordi Alba və Serxio Buskets daxil olub. Uruqvaylı hücumçu Luis Suares isə oyunun sonuna kimi ehtiyat oyunçular skamyasında qalıb.
“İnter Mayami” hazırda səkkiz matçdan 12 xalla MLS turnir cədvəlində üçüncüdür.






















































