Ötən gün təlim zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 19 yaşlı Saleh Kamal oğlu Xələfovun cənazəsi doğulduğu Quba rayonuna gətirilib.
Bizim.media xəbər verir ki, onun cənazəsini Quba şəhərinin girəcəyində - Gənclər parkının qarşısında rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, hərbçilər, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin əməkdaşları, sakinlər və yaxınları qarşılayıblar.
Cənazə əsgərin ailəsinin yaşadığı Dəvədabanı yaşayış massivindəki evinə aparılıb. Ailəsi ilə vida mərasimindən sonra Saleh Xələfov Quba Şəhidlər xiyabanında dəfn olunacaq.
09:38
Ötən gün təlim atışları zamanı həyatını itirən Azərbaycan Ordusunun 19 yaşlı əsgəri Saleh Kamal oğlu Xələfovun cənazəsi bu gün doğulduğu Quba rayonuna gətiriləcək.
Bizim.media-nın Quba İcra hakimiyyətindən əldə etdiyi məlumata görə, şəhid statusu veriləcək əsgərin cənazəsi Quba şəhərinin girəcəyində qarşılanmadan sonra ailəsinə təhvil veriləcək.
Daha sonra əsgər Saleh Xələfov Quba Şəhidlər xiyabanında torpağa tapşırılacaq.