Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
56 saylı körpələr evi uşaq baxçasında Novruz bayramı qeyd olunub
Bakı şəhəri 19 mart 2024-cü il
Nərimanov Rayonu 56 saylı körpələr evi uşaq baxçasında Novruz bayramı münasibətilə şənlik keçirilib.
Müəssisəsinin direktoru Könül Maqsudova çıxış edərək uşaqları, onların valideynlərini, bağçanın kollektivini və tədbirə dəvət edilmiş qonaqları bayram münasibətilə təbrik edib, onlara əmin-amanlıq, ruzi-bərəkət və firəvan həyat arzulayıb.
Bayram şənliyində uşaqların ifasında maraqlı ədəbi-musiqili proqram nümayiş olunub. Novruza, baharın şəninə şeirlər,
Milli adət-ənənələr əsasında təşkil olunan bayramda balacalar mahnılar, rəqslər şeirlər ifa edib və müxtəlif səhnəciklər göstəriblər. Bahar qızı, Kosa və Keçəli obrazlarını canlandıran balacalar isə tədbirə əsl bayram abu-havası qatıb şənliyi daha da yaddaqalan ediblər. Tədbirdə uşaqlar şənlənməklə yanaşı Novruz adətləri ilə yaxından tanış olub, bayram adətlərini – papaq atmağı, yumurta döyüşdürməyi, tonqaldan tullanmağı da unutmayıblar.
Bahar qız, keçəl və kosa obrazlarını canlandıraraq şənliyi daha da yaddaqalan ediblər.
Bayram tədbiri şən rəqslərin ahəngi ilə yekunlaşıb.
Xezertv.info























































