Xəbər Lenti
Dünən, 12:12
Xətai rayonunda Xalq artisti Niyaməddin Musayevin 85 illik yubileyinə həsr olunmuş görüş keçirilib
31-08-2026, 15:27
31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
Bakıda kişi ürəyindən bıçaqlanaraq qətlə yetirilib - YENİLƏNİB
Martın 9-da saat 21:30 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində 1998-ci il təvəllüdlü Səbuhi Arif oğlu Əhmədlinin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edilir ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
09:30
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsində bir nəfər ölüb.
“Report”un məlumatına görə, rayonun Bakıxanov qəsəbəsində dava zamanı Səbuhi Əhmədli bıçaqlanaraq qətlə yetirilib.
Qeyd edək ki, 25 yaşlı kişiyə ürək və kürək nahiyəsindən bıçaq zərbəsi vurulub.
Hadisənin təfərrüatı Sabunçu Rayon Prokurorluğunda araşdırılır.























































