Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
"Dayaq" Təşkilatı, "Modern İnkişaf və Ailə" İctimai Birliyi ilə birgə tədbir keçirdi
"Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı, "Modern İnkişaf və Ailə" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 8 mart beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirildi.
Tədbirdə "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının veteranlar şurasının üzvü Zərifə Quliyeva "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev çıxışlarında tədbirin əsas mahiyyətinə diqqət çəkərək bildiriblər ki, 44 günlük tarixi qələbə zəfərinin qazanılmasında canlarından fəda etmiş Şəhid anaları və onların həyat yoldaşlarına 8 mart beynəlxalq Qadınlar günü ərəfəsində bu cür mənəvi diqqət və təşəbbüslərlə çıxış etməyi özlərinə vətəndaşlıq borcu hesab ediblər.
Birlik rəhbərləri onu da bildiriblər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şəhid ailəsinə göstərdiyi diqqət və qayğı dövlət qurumları ilə yanaşı ictimai təşkilatlara da örnəkdir.
Tədbirdə Millət vəkilləri Elman Nəsirov, Jalə Əliyeva, Aydın Mirzəzadə, Vüqar İsgəndərov, Aydın Hüseynov, Müşfiq Məmmədli, "Dayaq" Təşkilatının sədr müavini Məcid Məmmədov,"Müasir İnternet Resurslarının İnkişafı"İctimai Birliyinin sədri Zamin Zeynal, Vətəndaş cəmiyyəti təmsilçiləri, Şəhid ailələri fəal iştirak edərək çıxış ediblər.
Çıxış edənlər deyiblər ki, dövlət başçısı, qalib Prezident İlham Əliyev tərəfindən Şəhid ailəri və qazilərlə bağlı həyata keçirilən bütün işlərə bu cür vətəndaş cəmiyyəti dəstəyinin göstərilməsi təqdirəlayiqdir.
Natiqlər onu da qeyd ediblər ki, 8 mart beynəlxalq Qadınlar günü ərəfəsində ölkəmizin həssas təbəqəsinə bu sayaq mənəvi dəstək təşəbbüslərinin olması davamlı olmalıdır.
Sonra tədbiribən bədii hissəsində incəsənət ustalarının ifasında milli vətənpərvər ruhda ifalar səsləndirildi.































































