Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
Peruda təhlükəli virus yayılır: Fövqəladə vəziyyət elan edildi
Peru hakimiyyəti ölkənin 25 regionundan 20-də denge virusunun yayılması səbəbindən fövqəladə vəziyyət elan edib.
Qeyd olunub ki, istilər və güclü yağışlar yoluxma hallarının kəskin artmasına səbəb olub.
Səhiyyə naziri Sezar Vaskes bildirib ki, ilin əvvəlindən bu yana 32 nəfər virusdan ölüb. O qeyd edib ki, hazırda ölkənin şimalındakı əksər xəstəxanalar artıq dolublar.
Vaskes izah edib ki, ölkədə indi ağcaqanadlar üçün ideal hava şəraiti var və buna görə də onlar daha tez çoxalırlar. Rəsmi məlumatlara görə, keçən il Peruda denge qızdırmasından 269 min nəfər xəstələnib, 428 nəfər isə ölüb.
Qeyd edək ki, Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən dünyaca məşhur karnaval ərəfəsində tropik denge qızdırması epidemiyası yayılmışdı. Braziliyada bu ilin ilk ayından etibarən 362 nəfər bu xəstəliyə yoluxaraq xəstəxanaya yerləşdirilib.
Mənbə: Reuters























































