Menu
Xəbər Lenti
Ulduz yox, meteor yağacaq
13-10-2026, 10:33

Ulduz yox, meteor yağacaq

ZAHİD HƏBİBOĞLU — 55
10-10-2026, 11:50

ZAHİD HƏBİBOĞLU — 55

“Azeri Light” ucuzlaşdı
10-10-2026, 11:32

“Azeri Light” ucuzlaşdı

12 Fevral 2024 08:11Manşet / Gündəm

Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılıb

 

Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılıb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.

Bildirilib ki, sənədlərin qəbulu bu gündən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi, 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

Ziyarət üçün tələb olunan sənədlər ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsinin surəti, 3,5 sm x 4,5 sm ölçüdə iki ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda) və sağlamlıq haqqında arayışdır.

Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 850 ABŞ dolları (9 945 manat) təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.