Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 10:14

Buzovnada mənzildə yanğın

Yaşıl ulduz kəşf edildi
21-10-2026, 09:48

Yaşıl ulduz kəşf edildi

İsrailə gizli səfər etdi
20-10-2026, 10:31

İsrailə gizli səfər etdi

02 Fevral 2024 08:03Manşet / Gündəm

Azərbaycanda son bir ayda 21 nəfər koronavirusdan ölüb

 

Azərbaycanda son bir ay ərzində (31.12.2023-31.01.2024) koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin müddətdə infeksiyaya 325 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 217 nəfər sağalıb. Ay ərzində analiz cavabı müsbət çıxan 21 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 834 630 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib. Onlardan 824 089 nəfər müalicə olunaraq sağalıb, hazırda 54 aktiv xəstə var. Bu günə qədər 10 400 nəfər vəfat edib.

Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 333, bu günə qədər isə ümumilikdə 7 748 050 test icra olunub.

Bizimlə əlaqə saxlayın