İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
İbrahim Cəfərov – Azərbaycan aqrar elminin inkişafına töhfə verən alim və təşkilatçı
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
ONUN QƏLBİ
“Dəyişən dünyanın dəyişməz insanları...”
Onun taleyi belə yazıldı…
Əgər qəfil gələn o faciə olmasaydı, 17 yaşlı bu yeniyetmə həyatın keşməkeşli yollarında ona Tanrı tərəfindən verilən potensialı başqa cür sərf edəsiydi...
Rövşən Canıyev-kod adı Lənkəransi... Zorən qatil... Atasını qünahı olmadığl təqdirdə qətlə yetirən bir caninin qatili… Allah ona bu qorxmaz ürəyi vermişdi, onun bu yaşda etdiyini çoxu edə bilirmi? Rövşən üçün həyatda (tabu) deyərək qəbul etmədiyi çərçivələr mövcud idi... Qeyrət, namus, ləyaqət kimi bəşəri tanrılar Rövşənin aləmində özünə “mən kişiyəm” deyərək döşünə döyən üçünəsas meyara çevrilməli idi... “Onun qəlbi” - Rövşən Lənkaranskinin əziz xatirəsinə həsr etdiyimiz hekayə prozamdan epizod…
Hürü Hacızadə
Yazıçı-publisist
Fərid Faiqoğlu
AJB-nin üzvü
Zəruri giriş:
Rövşən Rafiq oğlu Canıyev Rövşən Lənkəranski 27 yanvar 1975-ci ildə Lənkəran şəhərində polis ailəsində anadan olub — Azərbaycanlı iş adamı.
17 yaşı olarkən polis işçisi olan atası, o zaman Azərbaycanda fəaliyyət göstərən kriminal qruplaşmalardan birinin nümayəndələri tərəfindən qətlə yetirilib. 1996-cı ildə məhkəmə zalında atasının qatili Canıyev ailəsinin üzvlərini ölümlə təhdid edir və zalda əyləşən Rövşən Canıyev elə məhkəmə zalındaca qatili bu sözlərinə görə güllələyərək qətlə yetirib.
2000-ci ilin iyununda Rövşən Canıyev Bakıda kriminal aləmdə şöhrət qazanmış Kəramət Məmmədovu güllələyib və ağır yaralayıb. 2001-ci ildə Sabunçu rayon məhkəməsinin qərarı ilə Canıyev cinayət məsuliyyətindən azad edilib. 2002-ci ildə barəsində cinayət işi təzələnib, lakin o istintaqdan qaçıb gizləndiyinə görə, barəsində 1 iyul 2002-ci ildə beynəlxalq axtarış elan olunub.
2003-cü ildə Sank-Peterburqdakı Mütəşəkkil Cinayətkar Dəstənin lideri Elçin Yevlaxskinin ölümündə təqsirli bilinib, lakin girov müqabilində azadlığa çıxa bilib.
2009-cu ilin dekabrın 3-də Ukraynada həbs olunaraq dekabrın 13-də Azərbaycana ekstradisiya olunub. 2010-cu ildə Bakıda qanunsuz silah saxlama maddəsi ilə haqqında cinayət işi açılıb. Dövlət ittihamçısı Canıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib.
2012-ci ildə Dubayda 3 bıçaq yarasından, 2013-cü ildə isə Türkiyədəki sui-qəsd cəhdindən sağ qurtulub. 18 avqust 2016-cı ildə isə İstanbulda baş tutan növbəti sui-qəsd nəticəsində öldürülüb.
Azərbaycan vətəndaşı, orta təhsilli, ailəli idi.























































